Menu

ABŞ Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollar xərcləyib

01.05.2021, 16:43
ABŞ Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollar xərcləyib

ABŞ və NATO silahlı qüvvələri mayın 1-dən rəsmi olaraq Əfqanıstandan çıxmağa başlayıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi mayın 1-də Əfqanıstanı 60 hərbçisinin tərk etdiyini açıqlayıb.

Əfqanıstanda ABŞ-ın 2 500-3 000 arasında hərbçisinin olduğu təxmin edilir. ABŞ hərbçiləri ilə yanaşı, NATO-nun 7 min hərbçisi də mayın 1-dən Əfqanıstan tərk etməyə başlayıb.

ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub. ABŞ-ın Broun Universitetinin “Müharibənin xərcləri” layihəsinə əsasən, 20 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib.

Şərhlər

Azər 2021-05-02 04:44:17

20 ilə 2 trln... Bu ildə 100 mlrd. edir... 3.000 əsgəri olan bir bölgədə ilə 100 mlrd. ( ABŞ ın hərbi büdcəsi 800 mlrd. dan azdır) xərclənməsi nağıldır. Hesab- kitab bilməyən birinin fərziyyəsidir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol