SABİQ NAZİR ƏLİLLİK TƏYİNATINI NECƏ BİZNESƏ ÇEVİRİB? - İqtisadçı maraqlı detalları açıqladı

Tanınmış iqtisadçı Qubad İbadoğlu hazırda həbsdə olan, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vəzifə başında olduğu illərdə əllik təyinatının gəlir mənbəyinə çevrildiyini sübut edən cədvəl paylaşıb. Xatırladaq ki, S.Müslümov 22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci ilədək əmək və əhalinin sosial müdafiəsi naziri olub.

Q.İbadoğlunun təqdim etdiyi həmin illəri əhatə edən cədvəldə hər 10000 nəfərə düşən ilkin əlil təyinatı alanların sayında dəyişikliyin müsbət trendi diqqət çəkir.

İqtisadçı qeyd edir ki, Müslümovun nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib: "Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib.

Məsələ burasındadır ki, əlilliyi olmayanlar əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, özü də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır".

Q.İbadoğlu bildirir ki, yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir: "Əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, "2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”.

Qubad İbadoğlu sual edir ki, heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə əlillik dərəcəsi düzgün verilirmi?

"Əlilliyinin yoxlanılması dövründə gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müvainətlərin ödənişi dayandırılır. Pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu dövrdə nəylə dolanmalıdır? Bu barədə düşünən varmı?",-deyə iqtisadçı vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-05-08 10:30:18

Kamil adı ilə yazana: "Azərbaycanda əlillərin sayı (1000 nəfərə düşən) ən aşağı səviyyədədir.", yazmısan bu məlumatı hardan götürmüsən?...Əgər dediklərin düzdürsə onda nümunə göstərməlisən ki, təxminən bir 10-a qədər dövlətin məlumatlarını göstər və biz də müqayisə edərək sizin sözlərinizin nə dərəcədə düzgün olduğuna baxaq, sizin dedikləriniz həqiqətdən uzaqdır. Belə ki, əvvəla 30 ildən artıq bir müddətdə davam edən Qarabağ münaqişəsində nə qədər əlillərimiz var+istehsalatda əlil olanlar+digər səbəblərdən və s...bir sözlə əlilik bizdə ən aşağı yox ən yuxarı səviyyədədir...

.EJDER lox 2021-05-03 11:00:25

aye,oqrular bu yap hakimiyyetinde keyf eleyif,naqil daniwerler...

rasim quliyev 2021-05-02 18:28:55

Mende ele bilirdim en kasib nazir budur.Ne ogurlayib ee buraxin getdin guya 65yashina adam qalir

Pensioner 2021-05-02 11:41:48

Guya. Indi duzelib?

Müəllim 2021-05-02 09:47:10

Əlillərin kəsilən pensiyalari ilə milyonlari bərpa eləmək olar Allah böyükdür

Roma 2021-05-02 09:40:33

Səlim nazir təyin olunanda, HƏEK-in (həkim əmək ekspert komissiyaları) baş həkimlərinə və ya rəhbərlərinə qapını göstərərək zaldan qovurdu, baxmırdı ağsaqqala-qarasaqqala özünü elə göstərirdi ki, guya düzgünlüyün ədalətin tərəfdarıdır, ancaq demə ən böyük oğru quldur özüymüş. Yataqxanada yaşayıb, nisbətən kasıb şəraitdə, cibi pul görən kimi qudurub. Aftafa görməyən arxa xoruldayar...

Eko 2021-05-02 07:24:29

Kimki milletin qanini icir , Allah onun belasin versin Verecekde! qeci tezi var ,,,, Bilesiz

Roma 2021-05-02 01:57:56

Səlim kimi, yırtıcını bir daha o nazirlik görməyəcək, Xalqın, Dövlətin pulunu dədəsi Yanvarın pulu bilib qapazdıyıb, vaxt var idi yataqxanada yaşayırdı, necə deyərlər acından günorta dururdu. Bir sözlə, aftafa məsələsi...

t.ədalət 2021-05-02 00:01:45

Q.İbadoğlunun fikri ilə razı deyiləm.Əlilliklə bağlı fırıldaq S.Müslümovdan da qabaq sovetlər dövründən mövcuddur.Ancaq,etiraf etmək lazımdır ki,əlliyin təyinatının gizli elektron variantını S.Müslümov yaratdı.Bundan sonra əlilliyin təyinatı kod altında getdi.Yəni,həkimlə xəstə arasında əlaqə olmadı.Xəstəlik məlumatları nazirliyin müvafiq idarəsinə daxil olur,burda xəstənin kimliyi məlum olmadan komissiya işləyirdi.Ümumiyyətlə,pensiyalar hjakimiyyətin nəzarətində idi.Pensiya hesabında olan pullar dövriyyəyə daxil edilir,ayın sonuna kimi istifadə ediləndən sonra pensiyaçılara verilirdi.

Sakin 2021-05-01 23:16:22

O belə cinayətlər edirdi.bəs Bunun yeridə oturan nə edir? Sosial nazirliyi Fəlakət nazirliyinə çevirib.Bunların nə vaxt sonu olacaq? Az qalıb.Çəzalarını o da ,buda alacaq .

Oxucu 2021-05-01 22:45:37

Şəkiyə İdman və Gənclər idarəsinə təyin etdiyi kadrdan hər şey bəllidir ?????

Oxucu 2021-05-01 22:28:58

Təzə nazir öhdəlik götürüb. Əlilliyin ləğvi üzrə Qinnesin rekordlar kitabına düşmək. Əlilin də, əlil olmayanın da əlilliyi ləğv edilib. əgər əlil beş il ərzində bir neçə dəfə xəstəxanada olubsa və aparılan müalicələr effekt verməyibsə, bu cür insanların əlilliyini niyə ləğv edirlər. Bir neçə ildir ki, xəstəxanada yatmadan saxta epiqriz almaq mümkün deyil. Ücdan tutma əlilliyi ləğv etmək cinayyətdir. Müslüm və yeni nazirin hərəkətləri, ekstremist hərəkətlərdir.

Qarabağlı 2021-05-01 21:29:54

milyardlarla pul oğurlayanlar qalıb bir qıraqda, əlilin qəpik-quruş aldığı pul böyük məbləğ olub bunlar üçün!

Eli 2021-05-01 21:27:41

Bu nazirin Allah qapısını açsın ,ancaq nu da o biri işden çıxarılan nazirler ve bezi vezifede okanlar kimi İblisin telebeleti olub onlar üçün xalq dövletçilik millet rüvetden sonra gelir.Bunların kişiliyi olsa çıxıb calq astşısında günahlarını etiraf etmelidirler ki,Allah bunların günahlarını bağışlasın

Kamil 2021-05-01 21:26:59

Axərbaycanda əlillərin sayı (1000 nəfərə düşən) ən aşağı səviyyədədir.

Son yazılar