Fransanın paytaxtı Parisdə keçirilən 1 may aksiyasında 34 nəfər saxlanılıb. “Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen tvitterdəki səhifəsində bildirib.
O, qeyd edib ki, aksiyada kolonun başında radikallar olublar. Onlar hərəkəti bloklayıblar və polisə butulkalar, fişənglər atmağa başlayıblar. BFMTV telekanalının məlumatına görə, polis gözyaşardıcı qaz tətbiq edib.
Lionda nümayişçilərlə toqquşmalar nəticəsində 27 polis əməkdaşı zərər çəkib.
Qeyd edək ki, bu gün Fransanın bütün iri şəhərlərində 1 may nümayişi keçirilib. Onlar ötən il COVID-19 məhdudiyyətlərinə görə aksiya təşkil etməyiblər. Bu dəfə qaydalar yumşaldılıb.


Şərhlər
1 Maydan it kimi qorxurlar. Çünki 1 May birlik, vəhdət deməkdir. 1 May inqilabın ayaq səsləri deməkdir. 1 May əməyin və halallığın bayramıdır ki, haram ətrafına topıaşmış bütün hakimiyyətlər bu dünyəvi gücün nə vaxtsa birləşib kükrəyəcəyindən əndişə edirlər.