ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin Milli Kosmik Şurasına başçılıq edəcək.
“Report” xəbər verir ki, bu barədə onun tvitterdəki bəyanatında deyilir.
"Mənim üçün bizim Milli Kosmik Şuramıza rəhbərlik etmək böyük şərəfdir", - o bildirib.
NASA-nın Kosmik Agentliyinin yeni başçısı Bil Nelson Harrisin təyinatını alqışlayıb.
"Vitse-prezident bir çox ölkənin kosmosda mövcud olduğu zaman getdikcə daha da mürəkkəbləşən federal hökumətin kosmik siyasətinə rəhbərlik etmək üçün ideal şəxsdir", - Nelsonun rəsmi açıqlamasında deyilir.
Onun sözlərinə görə, Harris ABŞ-ın kosmosda liderliyini davam etdirməsi üçün ölkənin səylərini əlaqələndirəcək.


Şərhlər
Bu qoca Baydenin doğrudan da başı qaçıb. Deyəsən bütün dünya yağışdan çıxıb ,yağmura düşüb.
Bu qoca Baydenin doğrudan da başı qaçıb. Deyəsən bütün dünya yağışdan çıxıb ,yağmura düşüb.