Menu

Ermənistanda virusa yoluxanların sayı 216 863-ə çatıb

02.05.2021, 13:21
Ermənistanda virusa yoluxanların sayı 216 863-ə çatıb

Ermənistanda son sutkada koronavirusa 267 yoluxma qeydə alınıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 216 863-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 139 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 199 755 nəfər sağalıb. Hazırda 11 945 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol