ABŞ və NATO Əfqanıstandan qüvvələrini çəkir - Müdafiə naziri vaxtı açıqlayıb

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin (ANDSF) cavab əməliyyatı nəticəsində ötən gün son 24 saat ərzində Kunar, Qəzni, Badğis, Bəlx, Qəndəhar, Helmand, Faryab və Taxar vilayətlərində 81 Taliban üzvü öldürülüb və 52 nəfər yaralanıb.

"AzPolitika.info" xarici KİV-ə istinadla xəbər verir ki, budan əlavə, talibanların ümumi yollarda quraşdırdıqları 19 əldəqayırma partlayıcı qurğu (IED) məhv edilərək zərərsizləşdirilib.

Əfqanıstan milli qüvvələrindən bu yaxınlarda baş verən əməliyyat dalğası ABŞ əsgərlərinin müharibə şəraitində olan ölkədən rəsmi olaraq çəkilməyə başladığı bir vaxtda baş verir.

"Tolo news"-un verdiyi xəbərə görə, Əfqanıstan Müdafiə naziri vəzifəsini icra edən general Yasin Zia deyib ki, ABŞ və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) qüvvələri ölkədən çəkilməyə başlayıb və onlar maddi-texniki məsələlərin həll edildiyi əraziləri bu həftənin sonuna qədər əfqan qüvvələrinə təhvil verəcək. ABŞ-ın Əfqanıstanda təxminən 2500 əsgəri var və Bayden administrasiyasının keçən ay verdiyi açıqlamaya görə, 11 sentyabr tarixinə qədər bu rəqəm sıfırlanacaq.

Xatırladaq ki, ötən cümə ABŞ, Rusiya, Çin və Pakistanın daxil olduğu genişləndirilmiş "Üçlük" nümayəndələri Dohada görüşərək Əfqanıstan daxili danışıqları dəstəkləməyin, tərəflərə danışıqlar yolu ilə nizamlanmaya, daimi və hərtərəfli atəşkəsə nail olmağa kömək etməyin yollarını müzakirə edib: “Biz Taliban qruplaşmasının terrorçu qruplara və ayrı-ayrı şəxslərin Əfqanıstan ərazilərindən başqa bir ölkənin təhlükəsizliyini təhdid etmək üçün istifadə etməsinin qarşısını almaq da daxil olmaqla, terrorla mübarizə öhdəliklərini yerinə yetirməsini, bu qruplara ev sahibliyi etməkdən imtina etmək və onların işə cəlb olunmalarına, təlimlərə və pul toplanmasına mane olmalarını gözləyirik. Həmçinin Əfqanıstan hökumətinin terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirməsini gözləyirik”.

L.SƏMLA 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar