Hindistanda vəziyyət dəhşətli həddə çatıb - Yoluxma 20 milyonu, ölüm sayı 220 mini keçib

Mayın 4-də Hindistanda koronavirusa rəsmi yoluxma sayı 20 milyonu keçib. Səhiyyə Nazirliyi son bir günə 357 mindən çox yoluxma qeydə alındığını bildirib. Ölkədə xəstəxana çarpayıları, dərman, oksigen çatışmır.

Son üç ayda COVID-19-a yoluxmalar iki dəfəyə yaxın artıb, ölü sayı isə 220 mini keçib. Hazırda Hindistanda yoluxmalar dünyanın digər yerlərindən daha sürətlə artır. Aprelin 1-də gündəlik yoluxma sayı 65 mini keçmişdi, indi 370 minə yaxınlaşıb. 

Gündəlik 300 civarında ölü sayı isə 3 mini keçib. Yoluxmalarda kəskin artım koronavirusun daha yoluxucu variantları, o cümlədən hökumətin hindu dini festivalları və siyasi yürüşlərə icazə verməsi ilə izah olunur. Ekspertlər yoluxma və ölü sayının daha yüksək olduğunu düşünürlər.

ABŞ-ın aparıcı eksperti xəbərdarlıq edib ki, 1.4 milyarda yaxın əhalisi olan bu ölkədə bir neçə həftə dəhşətli keçəcək, hətta işlər düzəlsə belə. Braun Universitetinin İctimai Səhiyyə Məktəbinin dekanı Dr. Aşiş Jha bildirib ki, Hindistanın ictimai səhiyyə tədbirləri hədəfli şatdaunlar, daha çox test, universal maska qaydası, böyük toplantılardan yayınmaq kimi klassik addımlara əsaslanmalıdır. “Artımı yalnız bu tədbirlər dayandıra bilər”, – o vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Xalq 2021-05-04 16:59:40

1.4 mlrd əhali varsa 200 min münasib rəqəmdir! Dünyanın ən çox əhalisi Hindistandadır!

Veteran 2021-05-04 15:09:01

Üstümüzə-canımıza SAĞLIQ !

Son yazılar