BAŞ PROKURORLUQ İCRA BAŞÇISININ MÜAVİNİNƏ XƏBƏRDARLIQ ETDİ- İntizam məsuliyyətinə cəlb ediləcək

Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb etmişdir.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilmişdir.

Qeyd edək ki, Xalidə Bayramovanın adı bundan əvvəl də bəzi qanunsuzluqlarda, qalmaqallarda hallanıb.

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-05-05 18:53:09

ROMAYA:Keçən dəfə Bakı məktəblərindən birində şagird intihar etmişdi.Özünü məktəb direktorunun yanına çatdıran X.Bayramova uşağın xilas olması üçün təcili yard.maşınını çağırmağa qoymamışdı.Açıq cinayət hadisəsi törədən bu qadın haqqında müzakirələr gedəndə yazıçı Anar özünü qabağa verib onu müdafiə edirdi.

Roma 2021-05-05 16:00:08

t.ədalətə..."Yazıçı Anarın şəxsi simpatiyasının qəhrəmanı olan bu qadın", yazırsınız, bu nə dərəcədə doğrudur, mümkünsə, aydınlıq gətirin...

Veteran 2021-05-05 14:36:45

Səbail rayon XALQ ARTİSTİ.

t.ədalət 2021-05-05 11:20:29

Xalidə Bayramova bir məktəbli qızın da ölümünə bais olmuşdur.Yazıçı Anarın şəxsi simpatiyasının qəhrəmanı olan bu qadın daha hansı cinayətləri törətməlidir ki,cəzalandırılsın?

yaşar 2021-05-04 22:44:30

hörmətli sayt yaxşı olardi ki Baş Prokurorluq nəhayətki pactalyon vəzifəsindən əl cəksin Hansı İHA məsul işcisinin ciddi qanun pozuntularından şıkayətlənirsən prokurorluq qanuna zidd olaraq hec bir araşdırma aparmadan şikayəti elə İHA göndərir sanki poctalyondu sübut kimi Xətai rayonunda pandemiy dövründə 70-80 ədəd qanunsuz tikintiyə havadarliq edən Xətaai rayon MKTB-nin və memarlıq şəbəsinin cirkin əməllərilə bağlı rayon prokurorluğuna şikayət etmişəm şikayətimi baxmadan rayon İHA göndrən prokurora nə deyim PACTALYON deməyim bəs nə deyim 3 qrup Qarabağ əlili, MSK-nın üzvü Yaşar Mustafa oğlu İsgəndərov tel 055 609 38 46 xahiş edirəm yazımı verin

Son yazılar