QORXMAZ HÜSEYNOV İŞDƏN ÇIXARILDI - Sərəncam

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

Oxucu 2021-05-08 22:27:47

Şəki Su İdarəsinin sabiq müdiri və hazırda Regional Su İdarəsinin müdiri Bayram və Şəki Su idarəsinin müdiri Vüqarın iş fəaliyyətləri yoxlanılmalıdır. Onlar külli miqdarda dövlət əmlakının mənimsənilməsini həyata keçiriblər ?

Oxucu. 2021-05-05 17:15:56

Marağlıdır Qorxazda olan vardövlətin heç 10%-zi Alimpaşada olmaz,görəsən niyə onu tuturlar amma Qorxmazı yox.

nizami rayonundan 2021-05-05 16:44:55

kərəm həsənovun əmisi oğlu gomuş oğurluğuna görə 6 il həbs olunan iman həsənovu nizami su idarəsinə rəis təyin edib....

Cəmşid Dərələyəzli 2021-05-05 09:38:04

Bunun qolu budağı da kəsilməlidi. hər şeyi əlindən alınmalı, Pirallahı da başçı olan qudası Vasif İmanov da cəhənnəmə göndərilməlidir. Qorxmaz çətəsi Ölkə Başçısının bütün fəaliyyətini sabota edən və yerlərdə onun siyasətinə kölgə düşürməklə məşqul olublar. Vasif İmanov Qorxmaza arxalanaraq beş ilə yaxındır ölüm hadisəsinin iştirakçısı Manaf Manafov kimi dələduza vəzifə verib yanında saxlayır. o isə bütün rayona qan uddurur.

Kaku 2021-05-05 01:47:31

Gomrukde islahat getmese sefer mehdiyev ve komandasi getmese inkisaf olmayacaq

Eli 2021-05-05 01:07:04

Gedenin dalınca danışmaq düz deyil.Ancaq bir mesel var:Deyir üreyimi yaxan gizli derdimi desem öldürerler demesem öllem.Yeni demek isteyirem ki hörmetli Qorxmaz müellim ya onun müavinleri Oğuz rsyonunds yerleşen Oğuz-Qebele-Bakı su sestemlemleri şebekesinin quyularının veziyyetine esasen onları. qorunma şeraitine be quyulara geden yolların vexiyyeti ile bir defe de olsun bacı ta maraqlanıblat.İnanmıram Arzu ederdik teze sedr dövletin yüz millionlar manat xerclediyi bu strateji obyekte cüsüdi diqqet ayırsın.Ora bir dövlet komissiyası getse çıxları üçün bu çıx pis qurtarar.İnanın mene.

Eli 2021-05-05 00:37:30

Bir vetendaş kimi arzu ederdim ki, yeni teyin olacaq sedr xüsusi dövlet ehemiyyetli obyek olan ve Bakı şeherinin içmeli su ile temin olunmasında xüsudi ehemiyyet daşıyan Oğuz-Qebele-Bakı sı kemerleri sisteminin Oğuz rayonu erazisinde yerleşen quyularının işine nezareti movcud qaydslara uyğun güclendirecek ,quyulara geden dehşetli veziyyetde olan yolları qaydaya salacaq ,xüsusen her bir quyunun qorunması meseleleri qaydaya salınmadına xüsudi diqqet gösterecek .Çünki oralarda olan real veziyyeti arsşdıran olsa çox papaqlar boş qalar.Quyular demek olar ki qorunmur qalıb seyyarı çobanların ümidine .Allah göstermesin indiki şersitde orda çox sade yolla terror heyata keçirmek bele hedden srtıq asan bir meseledir çünki oraların yiyesi yoxdur.Allah milletimize yazığı gelsin bizi qorusun

mühəndis 2021-05-04 23:11:34

İşdən çıxarmaq yoxoğurladığı və mənimsədikərini əlindən almaq daha məqbuldur.Sahələr üzrə mütəxxəsis olmayanları həəmin sahələrin yuxarısına təyin etmək olduqca yanlış ptaktikadır ki. bunun da nəticəsondə həm dövlətə,həm əhaliyə və həm də təsərrüfatlara böyük zərər dəyir.fyiQeyri

ayrım 2021-05-04 22:38:26

Hansı vəzifəli şəxsi demirəm bu Qorxmazdi qorxaqdı nədi bunu dərhal həbs edib nənəsinə aid olan belə bütün var dövlətini qazilərimizin sosial vəziyyətlərinin yaxşılaşmasına xərcləyəsən.Qaloş geyindiriləsi adamdı nə şəxsiyyəti nə də ki qabiliyyəti var.

Şəkidən 2021-05-04 22:32:52

Rayonlarda olan Su idarələrində də köklü surətdə yoxlama aparılmalıdır, çünki dövlət əmlakını talan ediblər. Təyin etdikləri kadr ondan xəbər verir ..????

Oxucu. 2021-05-04 21:57:39

Azərsudakı maxinatsiyanı həmyerlisi və müavini Etibar davam edəcək,necəki Nizami icra hakimiyətində olduğu kımi.

.EJDER lox 2021-05-04 21:43:53

malades,analoqu olmayan tercumeyi-haldi,saqif,yuksek vezife verejekler,lukawenko cani

t.ədalət 2021-05-04 21:13:09

Qorxmaz Hüseynov Sisyan rayonunun Dəstəyərt kəndindəndir.Cəıbrayılın İsaqlı kəndinə köçüblər.Fetoçuluğun mənəm-mənəm deyən vaxtında neft sahəsində işləyib.....Deyilənə görə,dörd milyard manata qədər varidatı var.Quba və Qəbələ ərazisində xeyli torpaq ələ keçirib,böyük villaları var.Keçmiş lenin muzeyinin arxasındakı mülkünü üç milyon dollara alıb.Türkan kəndi və digər ərazilərdə villaları var.

Arif 2021-05-04 18:27:35

malades sene...

Azad 2021-05-04 18:16:53

Ehhhh. 7 arxadönəninə çatan yığdığını yığıb. Çıxarılanda nə olacaq ki?! Harasa müşavirdən zaddan qoyarlar.

Son yazılar