Gürcüstanda son üç gündə 785 nəfər spirtli içkidən zəhərlənib

Mayın 2-dən 4-dək Gürcüstanda 785 nəfər spirtli içkidən zəhərlənərək təcili tibbi yardıma müraciət edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın İctimai kanalına ölkənin Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, spirtli içkilərdən zəhərlənən şəxslərdən 658 nəfəri xəstəxanaya yerləşdirilib. Eyni müddətdə 411 nəfər qida zəhərlənməsi ilə təcili tibbi yardım çağırışı edib. Onlardan 194 nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, sözügedən dövrdə Gürcüstanda Pasxa bayramı qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar