Menu

“Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik" - Sergey Markov

04.05.2021, 19:38
“Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik" - Sergey Markov

Ağdam məscidində donuzların saxlanılması utancvericidir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə işğaldan azad edilən Ağdamda səfərdə olan Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov öz “Facebook” səhifəsində yazıb.

Erməni işğalçıları tərəfindən Ağdam məscidinin həyətinə atılan boş konyak şüşəsinin fotosunu paylaşan rusiyalı siyasi ekspert fotoya belə şərh yazıb: "Ağdam. Müsəlmanların dini duyğularını təhqir etmək üçün boş konyak şüşəsi məscidin yanına atılıb. İslamda haram sayılan donuzların uzun illər saxlanıldığı məscidin... Utancvericidir! Bunlar xristian deyillər. Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik”.

Şərhlər

KOMENTə şərh 2021-05-05 09:19:51

Bu Rusiya tədqiqatçısının ermənilərin 30 il məhrumiyyətdə qoyduğu ən yaxın azərbaycanlılardan eşitdiyi xəyali arzudur. İndi T.Zülfüqarovdan yuxarı demokrat hakimiyyətin mövqeyi bu qeyri-bərabər münasibətlə necə uzlaşır? Hərbi cinayətlərə ramən siyasi barışıq?

Veteran 2021-05-04 22:39:54

Разве вы незнали какие жывотные ети армяни которые вы зашишали 200 лет.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol