"Qarabağ" "Zirə" ilə oyunda xal itirdi
Baxiş sayı:
Dərc olunub:
04/05/2021 - 20:51
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, çempionluğa iddialı komandalardan "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı matç 1:1 hesabı ilə yekunlaşıb.
"Zirə"nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.
Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdırıb və ikinci sıradakı "Neftçi" ilə xal fərqi birə enib. "Zirə" isə 34 xalla üçüncü sıraya yüksəlib.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.