MARKETDƏ MƏHSULLARI ƏZƏN GENERALIN OĞLU ÇIXDI - Əyləncə axtarırmış + VİDEO

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslərdən biri - Rüstəm Orucov general Novruzəli Orucovun oğludur.

Əyləncə axtaran R.Orucov və onun tanışı Xəyalə Vəliyeva bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxslər saxlanılıb. Onlar polis orqanına gətirilib və R.Orucovla X.Vəliyeva ilə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, 2017-ci ilin iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Bu barədə ilk xəbəri musavat.com saytı yazıb.

635x100

Şərhlər

Roma 2021-05-05 16:21:06

t.ədalətə: "Novruzəli özü sakit təbiətli bir adamdır."... yazırsınız, elə isə övladı niyə fironluq eləyir?...

Culfa 2021-05-05 16:09:42

Ay Novruzəli, sən axı zirək oğlandın. Öz fərasətinlə general oldun. Bəs niyə evinə haram tikə apardın ki, böyütdüyün haramxor çıxdı?

Bahadur 2021-05-05 15:26:54

Bunu yollamag lazimdi qarabaqa getsin sengerde otursun. Niye getmiyib garabag doyuwlerine? Atasi bunu bele terbiye esibde

omar 2021-05-05 15:22:41

Qudurmuş məmurların qudurmuş balaları.

Eli 2021-05-05 13:34:27

Haqq edaletle belelerini mühariye göndermek lazımdır ki heç olmasa kişi kimi vuruşanlara baxıb bir kişi olmağın yollarını kasıb balalatından öyrensin.Mence bunun da xeyri olmaz Bir general ki oğul terbiyye ede bilmir bir xuliqan böyüdür ancaq başqalarına vetenperverlik dersi keçir üşaqlarını müharibeye gönderir.Bele Allahsızlıq olar.Göresen müharibede meçe qeneral oğlu iştirak efib acı mentiqle onlar xalqa nümune olmalı idiler

RT 2021-05-05 12:42:48

Dedesinin haram pullarni xercleyirdeee !

Araz 2021-05-05 12:38:24

Poçt qutusundan tanıdığımız Novruzəliləri general olanda belə də olmalı idi.

Mubariz 2021-05-05 12:22:24

Bu heç cəzasını çəkmədi ,düz edir ,bilir ki ona toxunmayacaqlar ,yaxşı ki polis market sahibini saxlamayıb ,uşaqdı qoy kef eləsin

t.ədalət 2021-05-05 12:17:37

Novruzəli özü sakit təbiətli bir adamdır.

.EJDER 2021-05-05 12:14:45

AYE,KEYF ELEYIN....

Roma 2021-05-05 12:07:40

Bu cavanlar harınlayıblar, necə yəni səhv etmişik, zarafat eləmişik, deməli xeyli var-dövlətləri var, çörəyini çətinliklə tapsalar belə eləməzlər...

Eko 2021-05-05 11:59:34

shôhret ordeni vermek lazimdi bu exlaqsiz evlada!

Son yazılar