Belarus Ukrayna limanlarından istifadə etmək niyyətindədir
Belarus Dəniz Gəmiçiliyi Belarus Metallurgiya Zavodunun (BMZ) məhsullarını Avropaya daşımaq üçün Ukrayna və Serbiyanın limanlarından istifadə etməyi planlayır.
Bu barədə mayın 5-də Belarusun Nəqliyyat və Kommunikasiya naziri Aleksey Avramenkonun BMZ rəhbərliyi ilə görüşündə bəyan edilib.
«Görüşün gündəliyi BMZ məhsullarının Avropa ölkələrinə su yolu ilə çatdırılmasının logistik zəncirinin təşkili məsələlərindən ibarət olub. Belə ki, dəniz gəmiçiliyi metallurgiya zavodunun məhsullarının Avropa ölkələrinə Odessa (Ukrayna) və Smederevo (Serbiya) limanları üzərindən (Mozırda yükləməklə) daşınmasının eksperimental reyslərinin təşkil edilməsi üçün hazır olduğunu bildirib» - Nəqliyyat Nazirliyinin xəbərində deyilir.
Belarus tərəfi hesab edir ki, bu marşrutun reallaşdırılması beynəlxalq reyslərin təşkili üzrə gəmiçiliyin inkişafının ən perspektivli istiqamətlərindən biri olacaq və ümumilikdə, Belarus sənaye müəssisələrinin məhsullarının daşınmasında su nəqliyyatının cəlbediciliyini artıracaq.
Xatırladaq ki, Belarusun dənizlərə birbaşa çıxışı yoxdur, ancaq onun ixracının əhəmiyyətli hissəsi dəniz yolu ilə həyata keçirilir.
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.