Hindistanda daha bir koronavirus anti-rekordu qeydə alınıb

Hindistanda koronavirusa yoluxanların sayında daha bir anti-rekord qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 414,1 min koronavirus xəstəsi aşkar edilib.

Hindistan COVID-19-a yoluxmaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə nazirliyinin son məlumatlarına görə, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 21,4 milyonu keçib. Bu anadək 17,6 milyon insan xəstəlikdən sağalıb, lakin 234 min xəstə ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar