İCRA BAŞÇISI QAZİYƏ SÜPÜRGƏÇİLİK TƏKLİF EDİB! - Öz oğlu isə 250 minlik maşında qəza törətmişdi...

Vətən müharibəsi qazisi İqbal Səfərov Pirallahı icra başçısı Vasif İmanovun ona “süpürgəçi” işləməyi təklif etdiyini bildirib.

Şuşa, Xocavənd və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilən Səfərov İqbal Zülfəli oğlu "Bakupost.az"-a açıqlamasında qeyd edib ki, Səfərbərlik Xidmətindən vəzifəli şəxslər onu dəvət edərək yaşadığı yer üzrə Pirallahı Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin rəisi vəzifəsini təklif ediblər.

Pirallahı rayon icra başçısı Vasif İmanov da İqbal Səfərovu qəbul edərək sözügedən vəzifəyə təyin edəcəyini bildirib.

İ.Səfərov qeyd edir ki, bir müddət sonra həmin vəzifəyə başqa rayonda yaşayan zabitin təyin edildiyini öyrənib. İş üçün təkrar müraciət etdikdə isə icra başçısı ona rayonda süpürgəçilik etməyi təklif edib.

Bu arada qeyd edək ki, icra başçısı Vasif İmanovun adı bir neçə gün öncə oğlu Turan Həsənzadənin içkili vəziyyətdə qəza törətməsi hadisəsi ilə gündəmə gəlib.

Belə ki, həmin qəzada zərərçəkən Ağahüseyn İsgəndərov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, qəza zamanı avtomobilinə 30 min manat zərər dəyib və Turan Həsənzadə əvvəlcə bu məbləği ödəyəcəyini bildirsə də, sonradan sürücüsü qəzanı öz boynuna götürüb və ona ödəniş etməkdən imtina ediblər.

Hadisə martın 19-u gecə saat 01 radələrində “Port Baku”nun yaxınlığında olub.

A.İsgəndərov bildirir ki, həmin gün BMW markalı 90 LG 464 nömrəli avtomobilini “Bentley” avtomobil salonunun qarşısında park edib: “Gecə saatlarında “Mercedes GLS” markalı 90 AA 575 nömrəli avtomobil çox yüksək sürətlə gələrək mənim maşınıma dəyib. “Port Baku”nun mühafizəçiləri mənə zəng edib qəza haqda məlumat verdilər. Hadisə yerinə getdim, Turan Həsənzadə adlı şəxs idi, ağzından da spirt iyi gəlirdi. Dedi ki, “Brat, mən vurmuşam, mənim maşınım 250 min manatlıqdı, səninkini də, özümkünü də düzəltdirəcəyəm, polis çağırma”. Mən də razılaşdım, səhərə yaxın ona zəng edib dedim ki, polislər deyir maşını buradan götürün. Dedi mənim adamım gəlib həll edəcək”.

A.İsgəndərov əlavə edib ki, bir neçə saat sonra Elvin adlı şəxs hadisə yerinə gələrək avtomobili özünün idarə etdiyini iddia edib: “Mən də ona dedim ki, sən olmamısan. Amma mənim sübutum da var ki, hadisə yerində Turan olub. İndi də Elvin deyir ki, mən vurmuşam maşını, özüm də kasıb adamam, düzəltdirməyə pulum yoxdu. Sonra da başqa bir kişi gəlib dedi ki, maşının sahibi mənəm. Axırda iş sığorta şirkətinin üzərində qaldı. Şirkət də mənə 1500 manat pul təklif edir, amma maşınım yararsız haldadır, servisə apardım, dedilər 30-35 min manat xərci var”.

A.İsgəndərov deyib ki, Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur.

Turan Həsənzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı yol polisi araşdırma aparır: “Sürücü vurub, hər şey hüquqi müstəvidə həll olunur. Cəriməmiz nədirsə ödəyəcəyik”.

T. Həsənzadə “Həmin zaman avtomobili siz idarə etmisiz?”, - sualına cavab verməkdən imtina edərək əlaqəni kəsib.

A.İsgəndərov hadisə yerindən çəkdiyi fotoda da Turan Həsənzadənin orada olmasını qeyd edərək avtomobili Turanın sürdüyünü bir daha iddia edib.

Xatırladaq ki, icra başçısının oğlu olan T. Həsənzadə bir neçə gün öncə vəzifədən çıxarılan “Azərsu” sədri Qorxmaz Hüseynovun qızının əridir.

635x100

Şərhlər

esger 2021-05-07 22:39:33

Maraqlıdır kimsə araşdrma aparıb hansı icra başçının, deputatın, vəzifəli şəxsin oğlu müharibəyə könünlü ya cağrılş əsasənda iştirak edibmi Etmiyibsə onda qazinin yanında onun tükənməyən borcu var

esger 2021-05-07 22:28:56

İnsanlara zülm verən vəzifəli şəxsləri öz rayonun küçələrin süpürməyə göndərmək lazımdır.

t.ədalət 2021-05-07 20:13:17

Deyilənə görə Vasif İmanovun da feto ilə bağlılığı olub.Bu bir həqiqətdir ki,Vasif də Qorxmaz Hüseynov kimi qanunları saymır,dövlətin nüfuzuna ciddi rəxnələr salır..

Əli 2021-05-07 17:55:31

Bu şikayetden yağlı tikeden daha çox pul qopartmağa cehd iyisi gelir

Cəmşid Dərələyəzli 2021-05-07 17:12:30

Nə yazıq ki, belə zadlar (belələrinə insan yox, adam belə demək günahdır) hələ vəzifələrdə çox-çoxdur. Uzun illərdir bu zadlar belə riyakar əməlləri ilə Ölkə Başçısının bütün alanlarda yürütmüş olduğu siyasəti bax beləcə sabota etməklə, yerlərdə daima ona kölgə düşürməklə məşquldurlar. Təssüf ki, bu zadların bəd əməlləri barədə cəmiyyətdən gələn siqnallar aidiyyatı qrumlar tərəfindən zamanında diqqətə alınaraq tədbirlər görülmür. Məhz bu səbəbdəndir ki, cəzasızlıqdan qudurğanlıq bax beləcə baş alıb gedir. Hansı ki, Ölkə Başçısı rəsmi çıxışlarında Vasif İmanov kimi, hər bir memurlar haqqında ona xəbər verilməsini cəmiyyətdən dəfələrlə təmənnə etmişdir. 2016-cı ildə Pirallahıda Vasif İmanovun mordası və mənaviyyatı üç qəpik etməyən yüksək çinli məmuru Manaf Manafovun iştirakçısı olduğu ( hansı ki, bu günə kimi şübhə var ki, məhz o hadisəni törədən də o özü olub) bir ölüm hadisəsindən dolayı qəbulunda olmuşam. O zaman onun nə qədər .... bir məmur olduğunun şahidi oldum. Haqqında beş ildir gedən silsilə şikayətlərə baxmayaraq bu zad hələ də Manafı öz çətiri altında saxlayır, o isə rayonda at oynadır. Amma elə bilirəm artıq zaman gəlib. Vasif İmanovun ağbabsını cənab Prezident vəzifədən qovdu. İndi isə növbə onun Vasif İmanov kimi qolunu budağını "doğramağa" çatıb. İnşallah sonda Vasif İmanovun uzun illərdir etdiklərindən və sonda da bu qazini belə a.ağlamağından dolayı cənab Prezident onun özünü də işdən çıxaracaq... Əslində bu zadlar təkcə vəzifədən uzaqlaşdırılmaqla cəzalandırılmamalıdırlar. Onların büdcədən taladıqları son qəpiyinə kimi əllərindən alınmalı, özləri isə qazamata salınmalıdırlar. İnşallah DTX Qorxmazla qudası Vasif n alçaldılmasındadır.İmanovun bu əməllərini cazasız qoymaz. Əxlaqı və mənaviyyatı olan, adam Qazisinə belə davranmaz. İndi növbə Vasifin İmanovun özündür

Əliyev 2021-05-07 16:05:59

Imanov Vasifi isden cixartmag oglunuda hebs etdirmek

Əli 2021-05-07 16:01:40

Ağahuseyn adlı şəxsin avtomobilinim modeli və istehsal tarixi çox maraqlıdı. Deyib maşının 30 35 minlik xərci var. Yəqin onda da kifayət qədər bahalı avtomobil olub. Həm də sığortanın verdiyi məbləğlə razı dryilsə, sığortadan mehkemeye şikayət etməməsi çox maraglıdı..

Veteran 2021-05-07 15:50:56

Bu başçı elə naxırçılıqdan gəlib....

Əli 2021-05-07 15:31:20

Ağahuseyn adlı şəxsin avtomobilinim modeli və istehsal tarixi çox maraqlıdı. Deyib maşının 30 35 minlik xərci var. Yəqin onda da kifayət qədər bahalı avtomobil olub. Həm də sığortanın verdiyi məbləğlə razı dryilsə, sığortadan mehkemeye şikayət etməməsi çox maraglıdı..

Wahin 2021-05-07 15:26:15

Bunu həbs etmək lazimdi

Son yazılar