HƏBSDƏ OLAN POLKOVNİK AZADLIĞA BURAXILDI - Rüşvət aldığı üçün saxlanılmışdı

Bakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Belə çıxır ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq cinayət edənləri həbs edəcək, hakimlər nəyinsə qarşılığında onları cəzasız və ya yüngül cəza ilə buraxacaqlar...

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-05-08 10:13:32

Görün bu şərəfli zabit (leytenantdan general daxil) nə qədər ucuzlaşıb ki, rüşvətə və sair əliəyriliklərə əl atırlar. Haram olsun sizlərə daşıdığın paqon, geyindiyin Dövlətin verdiyi pal-paltar, Vətənin çörəyi və s... daha nə deyim?...

polkovnik 2021-05-07 18:41:32

söz verib ki, bir də rüşvət almayacaq! çestno pionerski!

Valik 2021-05-07 17:26:34

Evcik- evcik- oynayirlar nedir? Elinde rusvet tutulani buraxirlar, iki kilo xiyar ogurlayani use basirlar iceri...Maladies bele huquqi dovlete...

Son yazılar