Menu

Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub - YENİLƏNİB+FOTOLAR

08.05.2021, 12:30
Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub - YENİLƏNİB+FOTOLAR

Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

“Report” xəbər verir ki, mərhum İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

* * *

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

Şərhlər

t.ədalət 2021-05-08 13:44:03

Sovet dövrü ədəbiyyatımızda varlığı ilə bizi sevindirən az şair və yazıçı olub.Son dövrlərin yadigarı Məmməd Arazdan sonra Musa Yaqub zirvəsini gördük.Hər cür satqılnlıq,fitnə və casusluqdan uzaq olan bu adamlar Azərbaycanımızın bulaqları kimi saf və duru adamlar idilər.Musa Yaqub ölümü ilə torpağı şərəfləndirən sənətkarlardan idi.Təmizliyin,saflığın yolçusu idi."Ulduz kimi səpələn,yağ üstümə ey qar!Nə olsun ki soyuqsan,sən ki təmizsən,təmizliklə də isinmək olar",-deyən şairə Allah,qəni-qəni rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol