Aİ Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyətinin bərpasını alqışlayıb

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestudis Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın səlahiyyətlərinin bərpa olunmasını alqışlayıb.

"Report" xəbər verir ki, K.Yankauskas bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşündə deyib.

K.Yankauskas vəkillik fəaliyyətinə xitam verilmiş və fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulayıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri hüquq müdafiəçilərinin qanunun aliliyinin sütunları olduğunu və demokratik dəyərlərin qorunmasında müstəsna rol oynadıqlarını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar