Menu

ABŞ-ın avropalı müttəfiqləri vaxt istəyirlər - Əfqanıstandan çıxmaq üçün

09.05.2021, 00:04
ABŞ-ın avropalı müttəfiqləri vaxt istəyirlər - Əfqanıstandan çıxmaq üçün

Avropalı müttəfiqləri israr edirlər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ordunun Əfqanıstandan çıxmasını təxirə salsın və bununla da NATO üzrə müttəfiqlərə ölkədən çıxmaq üçün daha çox vaxt və dəstək vermiş olsun.

Bu barədə «Wall Street Journal» qəzeti xəbər verib.

Nəşrin xəbər verdiyi kimi, ABŞ koalisiya üzrə öz həmkarlarına ordularını ölkədən çıxarmaq üçün material-texniki dəstək verməyi vəd edib. Ancaq bəzi ölkələr bəyan ediblər ki, Əfqanıstanı vaxtında tərk edə bilməyəcəklər və bu səbəbdən dolayı ABŞ hərbçilərinin iyulun 4-dən sona da Əfqanstanda qalmasını xahiş ediblər.

Bundan əvvəl «Tolo New» əfqan telekanalı öz mənbələrinə istinadla xəbər verib ki, ABŞ və «Taliban» radikal hərəkatı ordunun Əfqanıstandan çıxarılmasının iyulun əvvəlində başa çatdırılmasını müzakirə edirlər.

«Wall Street Journal» nəşrinin məlumatına görə, bəzi ölkələr, xüsusilə də Almaniya ABŞ-dan xahiş edir ki, Əfqanıstandan çıxmağı iyulun 18-ə qədər təxirə salsın.

ABŞ hakimiyyəti cavab verib ki, ordunun çıxarılması yalnız 2 həftə və ya bir qədər artıq müddətə təxirə salına bilər ki, müttəfiqlərin xahişi təmin olunsun. Adı açıqlanmayan rəsmi şəxslərin sözlərinə görə, daha bir mürəkkəblik onunla bağlıdır ki, uzun illər ərzində Kabil aeroportunun təhlükəsizliyini təmin etmiş Türkiyə ABŞ və NATO-ya xəbər verib ki, onun ordusu da ölkədən çıxarıla bilər. Onların fikrincə, Türkiyə qüvvələrinin potensal çıxarılması bəzi qərb ölkələrini hətta ixtisar edilmiş diplomatik kontingentin bir daha ixtisar olunmasına vadar edir.

AzPolitika.info

Şərhlər

Bitərəf 2021-05-09 05:55:50

Öz vətəndaş, ya hərbi qulluqçularından bezmiş və özünü dünya demokratı sayan ölkələrin adları çox maraqlı deyilmi?dünyavropalı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol