Menu

Almaniyada sutka ərzində 12 mindən çox insan COVID-19-a yoluxub

09.05.2021, 14:18
Almaniyada sutka ərzində 12 mindən çox insan COVID-19-a yoluxub

Almaniyada aşkar olunan koronavirusa yoluxma hallarının sayı son sutkada 12 656 vahid artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19 ilə bağlı milli statistika aparan Robert Kox İnstitutu məlumat verib.

Eyni zamanda son 24 saatda 127 nəfər COVID-19-dan ölüb.

İnstitutun məlumatına görə, epidemiyanın başlanğıcından bəri Almaniyada 3 520 329 nəfər koronavirusa yoluxub, 84 775 xəstə ölüb, 3 milyondan çox insan isə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol