LAVROV BAKIYA GƏLDİ - Rusiya Xarici İşlər nazirinin səfər planı açıqlandı (Yenilənib)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb. Reportun məlumatına görə, Rusiya XİN rəhbəri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Eyni zamanda S.Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü nəzərdə tutulub.

***

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı Respublika Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri - siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə qərarlıdır: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsi xüsusi diqqət yetiriləcək. Qarabağdakı vəziyyətə, Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır”.

Rusiya XİN-dən əsas vəzifələr arasında bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmalı olduğu vurğulanıb.

"Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri həmçinin aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı əlaqələrin koordinasiyasını müzakirə edəcəklər”, - deyə bildirilir.

***

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.

“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə ayrılacaq", - deyə o qeyd edib.

Sergey Lavrov mayın 5-6-da Ermənistana səfər edib. Rusiyalı nazir Yerevanda erməni həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib.

635x100

Şərhlər

Bakir 2021-05-11 00:52:08

.... 80 yaxın yaşı var ama məndən cavan görükür

Doğru 2021-05-10 23:43:51

Bunun yanında Bülbütoğlu nəyə gəzir? Kimə xidmət etdiyi bəllidir. O bilir ki bakıda yaşamayacaq.ona görə onlara yaltaqlanır. Dədəsinin evin də yay bağı kimi hazırlayır Şuşada.n..............qazmadıqları quyu qalmadı

Mubariz 2021-05-10 22:16:34

bu maska taxmayıb ,niyə cərimə olunmur ?

.EJDER lox 2021-05-10 22:05:38

WAD XEBER;KELENTERYAN GELEF,...

Amon 2021-05-10 21:09:26

Yanindaki polad bulbuloglunu gelmisken geri cagirin cenab prezident onun lavrovdan bir ferqi yoxdu bu xalq ucun

Müəllim 2021-05-10 20:55:08

erməni dığası Kalantaryan Allah lənət eləsin

eko 2021-05-10 12:23:29

Xeyire qelmez )))

telman 2021-05-10 10:29:55

Lavrovu Ermənistandakı "soyqrım" abidəsini ziyarət etdiyi üçün Xocalı abidəsini ziyarət etdirmək lazımdır.

t.ədalət 2021-05-10 09:29:07

Ayağına daş dəysin.

Son yazılar