“Anadoluda və Azərbaycanda qətliam törədənlər bunun qarşılığını 44 günlük müharibədə alıblar” - Türkiyə səfiri

“Məlum olduğu kimi, 1915-ci olayları ilə bağlı sadəcə Amerikada deyil, bir çox ölkənin parlamentlərində qərarlar qəbul olunub. Bir kəlmə üzərindən parlamentlər tarixə hökm və ittihamlar verirlər”.

APA-nın yerli bürosunun məlumatına görə, bu sözləri Qubada səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir əlavə edib ki, soyqırımının nə olduğunu görmək istəyənlər gəlib Qubaya, Anadoluya, Vanda Zeve şəhidliyinə baxsınlar.

Diplomatın sözlərinə görə, Qubada törədilən soyqırımında təkcə müsəlmanların deyil, yəhudilərin də qətlə yetirildiyinə dair sənədlər, faktlar var.

C. Bağçı bildirib ki, “Böyük Ermənistan” xəyalı ilə alışıb yananlar, Anadoluda və Azərbaycanda qətliam törədənlər bunun qarşılığını 44 günlük Qarabağ müharibəsində alıblar: “İnşallah biz bunu “İki dövlət, tək millət” anlayışı ilə yeni nəsillərə çatdıracağıq, bu qətliamların, bu soyqırımlarının keçmişdə necə olduğunu göstərmiş olacağıq. Mən bu muzeydən və bu ziyarətdən çox təsirləndim”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar