İran prezidentinin ailə və qadın məsələləri üzrə müavini Şəhindoxt Movlaverdi oktyabrın 19-da Azərbaycana gəlib.
Səfərin məqsədi Bakıda keçiriləcək “Davamlı inkişafda qadınların rolu” mövzulu beynəlxalq konfransda iştirak etməkdir. AzərTAc-ın məlumatına görə, Şəhindoxt Movlaverdinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
Şəhindoxt Movlaverdi azərbaycanlıdır. “Media forum” saytı bildirir ki, 1965-ci ildə Xoy şəhərində anadan olan Şəhindoxt Mövlaverdi Tehranın Əllamə Təbatəbayi Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Bir neçə il müəllim işləyən Şəhindoxt Mövlaverdi sonradan qadınların hüquq və problemləri ilə bağlı araşdırmalar aparan təşkilatlarda fəaliyyət göstərib. Ailə və qadın məsələləri üzrə vitse-prezident vəzifəsinə ötən ilin oktyabr ayında təyin olunub.


Şərhlər