RUSİYA QARABAĞDAN NİYƏ ƏL ÇƏKMİR? – “Sülhməramlı” missiyanın yekun məqsədi nədir?



Ramazan SİRACOĞLU
Yazılı tarixi qaynaqlara görə, Qafqaz mütəmadi olaraq müxtəlif dövlətlərin strateji hədəfi olmuşdur. Regionun əlverişli geosiyasi durumu, ticari münasibətlərin təminatı üçün münasib coğrafi keçid qovşağı, təbii sərvətləri və iqlimi, qonşu əraziləri nəzarətdə saxlamaq perspektivləri, təbii olaraq, müqtədir dövlətlərin iştahasını qabartmışdır.
Qafqaz, sözün əsl mənasında, müxtəlif dövlətlər arasında nifaq almasına çevrilmiş, onun zənginlikləri aborigenlərinə daim problemlər yaşatmışdır. Məsələn, miladdan öncə 66-65-ci illərdə Roma sərkərdələri Lukull və Pompeyin, 128-147-ci illərdə Əşkani (Parfiya) hökmdarı IV Mehridadın (Mitridat), 730-732-ci illərdə ərəb sərkərdəsi II Mərvanın (o, 744-750-ci illərdə Əməvi sülaləsinin sonuncu hökmdarı olmuşdur), 1220-1225-ci illərdə monqolların, 1367-1387-ci illərdə teymurilərin Qafqaza hücumları yerli xalqlara faciələr yaşatmışdır. 964-966-cı illərdə knyaz Svytoslavın Xəzər xaqanlığına hücumu, xəzərilərin varlığına son verməsi faktı gələcəkdə Qafqazın bitib tükənməyən bəlalarının carçısı oldu.
İvan Qroznının (1530-1584) zamanından başlayaraq Qafqazı ələ keçirmək, onu tam itaət altına almaq, demək olar ki, bütün rus çarlarının irsi düşüncəsinə çevrilmişdir (Bax: Потто В.А. Кавказская война: “Кавказский край”, Ставрополь, 1994, т.1, с.14 ). XVIII əsrin ikinci yarısından etibarən isə bu bölgəyə Rusiya imperiyasının geniş hərbi-siyasi ekspansiyası başlamışdır. Rus çarları Qafqaza sahiblənmək ideyasında əsas rəqib olaraq Osmanlı dövlətini gördüklərindən Persiya (İran) ilə gizli sövdələşmələr imzalamışlardı. Məsələn, 1567, 1673 və 1717-ci illərdə Persiya (İran) və Rusiya sövdələşmələri ruslara Osmanlı dövlətini Qafqazdan sıxışdırmağa geniş imkanlar yaratmışdı. I Pyotrun zamanında rus donanmasının Xəzərboyu ərazilərə basqını ona Dərbənd və Ənzəli limanlarından tam şəkildə istifadə etmək hüququ qazandırmışdı. I Pyotr (1672-1725) Osmanlı dövlətini çökdürmək üçün Qafqazın son dərəcə zəruri olduğunu idrak edən rus çarı kimi tanınır (Bax: Фадеев А.В. Россия и Кавказ первой трети XIX века. Изд-во АН СССР, М;1960, с.32).
I Pyotrun ölümündən sonra bir müddət Rusiyada qeyri-sabitlik olduğundan onların Osmanlıya qarşı hərbi planları təxirə salınmışdı. 1762-ci ildə rus taxtı-tacına sahiblənmiş II Yekaterina (1729-1796) Osmanlı dövlətinə qarşı başlatdığı əməliyyatlar nəticəsində I Pyotrun hətta yuxusuna girməyəcək dərəcədə hərbi uğurlar qazandı, geniş ərazilər ələ keçirdi. Məsələn, təkcə Kiçik Qaynarca müqaviləsinə görə Rusiya əvvəllər Osmanlıya aid Krım da daxil olmaqla, 2495 kv.km yeni ərazini özünə birləşdirdi (Bax: Сухотин Н.Н. Война в истории русского мира. СПб., 1898, с.20). Tərəddüdsüz olaraq belə qeyd edə bilərik ki, Kiçik Qaynarca müqaviləsi Rusiya dövlətinə sərbəst şəkildə Qafqaza hökmran olmağa qanuni əsas verdi. Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, monorxist düşüncəli A.S. Puşkinin “Qafqaz” şeirindəki “Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən, /Tutmuşam tək uçurum dağlı qar üstündə qərar” (Кавказ подо мною; один в вышине / Стою над снегами у края стремнины) misraları hərbi-siyasi mahiyyət daşıyır.
Rusiyanın Qara dənizin cənubuna sahiblənməsi onun strateji mövqelərini hədsiz dərəcədə möhkəmləndirdi və Cənubi Qafqaza yolunu tam olaraq açdı. Sonrakı mərhələdə Rusiyanın şərq məsələsində başlıca hədəfi İstanbul (Bosfor) və Çanakkale (Dardanel) boğazlarından sərbəst keçid hüququnu qazanmaq oldu (Bax: Киняпина Н.С. Кавказ и Средняя Азия во внешней политике России. Вторая половина XVIII ‒ 80-е годы XIX века. М; изд-во МГУ, 1934).
II Yekaterinanın ölümündən sonra hakimiyyətə gələn rus imperatoru I Pavel (1796-1801) iqtidarda olduğu dörd ildə anası II Yekaterinanın əksinə siyasət yürütməyə başladı. Məsələn, 1795-ci ildə Ağa Məhəmməd şah Qacara (1742-1797) qarşı yeridilən qoşunu geri çağırdı; Bonapart Napoleonun ordusuna qarşı vuruşmaq üçün İtaliyaya ordu yeritdi.
İmperator I Pavel Rusiya tarixində ilk dəfə olaraq Osmanlı dövləti ilə İngiltərəyə qarşı müttəfiqlik müqaviləsi bağlayan şəxs oldu. Kim bilir, bəlkə də məhz bu səbəbdən imperator I Paveli 11 mart (yeni təqvimlə 23 mart) 1801-ci ildə öz yatağında bağırda-bağırda boğub öldürdülər, yerinə oğlu I Aleksandrı gətirdilər? İmperatoru öldürənlərə başçılıq etmiş general N.Zubov gecəyarısı Aleksandrı yatağından qaldırmışdı: “Il est temps de grandir! Allez et regnez!"- Böyümə zamanıdır! Haydı, get idarə elə!” (Bax: Marbot, Jean. The Memoirs of General the Baron de Marbot, volume 2, chapter 3, The intrigues of Count Czernicheff).
I Aleksandrın zamanında (1801-1825) Rusiyanın Qafqaz siyasəti ənənəvi məcraya yönəlmiş, Persiya (İran) və Osmanlı dövləti ilə ilə aparılmış muharibələrin nəticələri (1804 -1813; 1806-1812) onun mövqeyini Qafqazda daha da möhkəmləndirmişdi. I Nikolayın zamanında Rusiya Qafqazda daha geniş ərazilərə sahibləndi.
Yeri gəlmişkən, rusların Qafqazda möhkəmlənməsinin bir səbəbi də yerli idarəçilərin rəiyyətə qarşı amansız davranışları olmuşdur. Məsələn, 1816-1827-ci illərdə Qafqaz quberniyasının general-qubernatoru olmuş A.P.Vorontsov Qarabağda Mehdiqulu xan, Şəkidə İsmayıl xan və Şirvanda Mustafa xanla görüşləri barədə Peterburqa yazdığı raportda əhaliyə qarşı divan tutulmasından bəhs etmiş və yerli əhalidə rus dövlətinə qarşı rəğbət hissi qazanmaq üçün günahkarların cəzalandırılmasına icazə verilməsini rica etmişdi ( Bax: http://ermolov.org.ru/book/zapisgruz.htm.).
Tarixdə, bəlkə də türklərlə ruslar qədər bir-biriylə müharibə etmiş başqa millət yoxdur. Qonşu olduqlarındanmı, yoxsa özlərinə layiqli rəqib tapmadıqlarındanmı, ya da digər səbəblərdən bu iki güclü millət sürəkli olaraq savaş meydanlarında qarşılaşmışlar. Təkcə XVI-XX əsrlər arasında 14 dəfə türk-rus hərbi konflikti olmuşdur (Maraqlananlar üçün: 1568, 1571, 1572, 1676, 1686, 1710, 1735, 1768, 1787, 1806, 1828, 1853, 1877, 1914-1917 ci illər). Mütəmadi baş verən silahlı qarşıdurmalar rusların düşüncəsində türkəfobiya yaratmışdır. Məsələn: "Çağrılmamış qonaq tatardan da betərdir (Nezvanıy qost xuje tatarina), "Burada sanki Mamay - 1361-1380-ci illərdə Qızıl Orda bəylər bəyi - vuruşub" (Tut slovno Mamay voeval), "Xan necədirsə, sarayı da elədir" (Kakov xan, takova i orda), "Ev sahibi öz evində Krımdakı xan kimidir" (Xozyain v domu, kak xan v Krımu). Bu ifadələr deyimlərin hərfi tərcümələridir.

İstanbul şəhərinə ruslar həm də "Çarqrad" deyirlər. Ehtimal ki, bu ifadə onlarda bizanslıların - Vasilevousa Polis - hökmdar şəhəri - ifadəsinin tərcüməsindən yaranmışdır. Türklər 1453-cü ildə bu şəhəri fəth etdikdən sonra provaslavların (ortodoks xristianların) dini mərkəzi Moskva şəhərinə köçürülmüşdür. Bəlkə bu səbəbdən, ya da digər səbəblərdən xristian dünyası hər zaman türklərə qarşı zaman-zaman xüsusi aqressivlik göstərmişdir. Avropalıların türklərin dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, psixolojisini çox diqqətli şəkildə, hərtərəfli öyrənməkdə əsl məqsədləri, təbii ki, bu millətə olan özəl sevgilərini təzahür etdirmək deyil.
XX əsrin birinci rübündə "İtilaf devletleri" adlandırılan koalisiya qoşunları - ingilislər, fransızlar, italyanlar, avstraliyalılar İstanbula turist marağından, Sultan Ahmed camisini ziyarətə gəlməmişdilər hər halda. Tale Türkiyə ilə Rusiyanı qonşu yaratmışdır. Dumada, mətbuatda, televiziya və radio proqramlarında V. Jirinovski ( əsl soyadı: Edelşteyn ) kimilərinin məntiqsiz, əsassız iddiaları, kahinlik edənlərin, ara qızışdırıb mənfəət qazanmaq istəyənlərin isterik hay-həşiri nə Türkiyəni, nə də Rusiyanı strateji hədəfindən yayındırmayacaqdır. İxtisasca türkoloq olan Jirinovski 1969-cu ildə İskenderunda mütərcim işlədiyi zaman türk fəhlələrinə üstündə Marksın və Leninin rəsmləri olan döş nişanları payladığına görə (Jirinovski isə polisi inandırmağa çalışmışdı ki, o rəsmlərdəki Puşkindir) polis tərəfindən yaxalanaraq karakola götürülmüş, daha sonra da 17 gün istintaq təcridxanasında saxlanıldıqdan sonra ölkədən qovulmuşdu. Karakolda başına nə gəlibsə, o gündən indiyədək Jirinovski o məşum hadisənı unuda bilmır: hey acıq çıxmağa çalışır. İmkan düşən kimi efirdən Türkiyə əleyhinə üfürməyə başlayır. Rusiya ilə Türkiyənin münasibətləri fərqli dövrlərdə enişli-yoxuşlu olmuşdur və hər zaman bu ziqzaqlı münasibət paradiqmasında hər iki tərəfdə sağlam məntiqli şəxsiyyətlərin rasional mövqeyi məsələni müsbət sonluqla tamamlamışdır.
Türk-rus münasibətlərinin ən yaxşı dönəmi XX əsrin birinci yarısına təsadüf edir. Qazi Mustafa Kamal Paşanın komandanlığı ilə 1919-1923-cü illərdə başladılan və zəfərlə tamamlanan Milli Mücadilə dönəmində V. Leninin rəhbərlik etdiyi Sovet Rusiyası Türkiyəyə imkanı daxilində maddi və mənəvi yardım göstərmişdir. 16 mart 1921-ci ildə Moskvada Rusiya ilə Türkiyə arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi bağlanmışdı, həmin ilin 13 oktyabrında indi də qüvvədə olan məşhur Kars müqaviləsi imzalanmışdır. Bu müqavilənin 5-ci maddəsində Naxçıvanın əbədiyyən Azərbaycana aid olduğu təsbit edilmişdir. Azərbaycan tərəfdən həmin müqaviləni o zamanın dövlət naziri Behbud Şaxtaxtinski, Türkiyə tərəfindən Kazım Karabəkir Paşa, Rusiya adından səfir Yakov Qanetski, Gürcüstanın xarici işlər naziri Aleksandr Svanidze və erməni Askanats Mravyan imzalamışlar.
1923-cü ilin 4 fevralında anlaşılmazlıq səbəbindən kəsilən Lozanna (Lausanne) danışıqları həmin ilin 24 iyulunda başladığı ərəfədə V. Lenin Türkiyənin tərəfində olduğunu və müharibə başlanacağı təqdirdə SSRİ-nin Türkiyə ilə müttəfiq olacağını rəsmi olaraq bəyan etmişdir. 1928-ci ildə Cenevrədə keçirilən tərksilah konfransına SSRİ-nin təklifi ilə Türkiyə də qatılmışdı.
Xatırlatmalıyıq ki, Milli Mücadilədən sonra bu konfrans Türkiyənin rəsmən iştirak etdiyi ilk uluslararası tədbir sayılır. Maraqlıdır ki, bu tədbirdə Türkiyə tərəfi SSRİ-nin təkliflərini fəal şəkildə dəstəkləmişdir. 1935-ci ildə Türkiyə ilə SSRİ arasında Dostluq və əməkdaşlığa dair imzalanmış müqavilənin müddəti daha 10 il uzadılmışdı. 1939-cu ilin 25 sentyabrında Moskvaya rəsmi görüşə gələn xarici işlər naziri Şükrü Saracoğlu məsləkdaşı Molotovla Almaniya-SSRİ müqaviləsinin (23. 08. 1939) şərtləri ilə tanış olmuş və SSRİ-nin Besserabiyanı ilhaq edəcəyi təqdirdə Türkiyənin tərəfsiz qalması barədə təklifi müzakirə etmişdir.
Türkiyə həmin ilin 19 oktyabrında Fransa və İngiltərə ilə bağlanan müqavilədə SSRİ ilə müharibəyə qatılmayacağını bəyan edən maddə irəli sürmüşdür. 1942-ci ilin 24 martında isə Türkiyə və SSRİ arasında bir-birinə hücum etməmək haqqında deklarasiya imzalanmışdır. 1942-ci ildə Moskvada gerçəkləşən SSRİ-İngiltərə danışıqlarında İ. Stalin Bolqarıstan və Suriyadakı bəzi ərazilərin, habelə 12 adanın Türkiyəyə verilməsi təklifini irəli sürmüşdür.
II Dünya Müharibəsindən sonra, soyuq savaş adlanan illərdə Türkiyə-SSRİ arasında münasibətlərdə müəyyən geriləmələr baş vermişdir. Sovet tərəfi 1925-ci ildə imzalanan və SSRİ-Türkiyə münasibətlərini on illərlə müsbət müstəvidə tutan müqavilənin müddətinin başa çatmasını, yeni şəraitin yarandığını bəhanə gətirərək Türkiyənin səfiri Səlim Sarperə həmin müqavilənin prolonqasiya edilməsi üçün müəyyən tələblərinin olduğunu bildirmişdir. Nə idi bu şərtlər?
1. Kars, Sarıkamış, Ardahan və Artvin bölgələrinin SSRİ-yə verilməsi (guya, o torpaqlar ermənilərinmiş və vaxtında V. Lenin yanlışlığa yol vermişdir).
2. Müharibə təhlükəsi yarandığı təqdirdə SSRİ Türkiyə ilə bərabər Çanakkale və İstanbul boğazlarında (ruslar israrla Dardanel və Bosfor yazırlar) hərbi baza yaratmaq hüququna malik olmalıdır.
3. 20 iyul 1936-cı ildə imzalanmış Montrö (Montreux) müqaviləsinin yenidən nəzərdən keçirilməsi üçün iki ölkə arasında hökumətlərarası müqavilə imzalanmalıdır.

Təbii olaraq, Türkiyə bu istəkləri rədd etdi. SSRİ yenidən Türkiyəyə nota göndərdi. SSRİ-nin provokativ hərəkəti qarşısında Türkiyə gərəkən önləmlər almağa başladı. 1947-ci ildə Harvard Universitetində çıxış edən ABŞ-ın 33-cü prezidenti H. Trumen (Harry S. Truman) tarixi bir açıqlama ilə SSRİ-yə rəsmən meydan oxudu: "Bizim üçün sərhəd Kars və Ardahandan başlayır".
Trumen müəyyən şərtlərlə (Türkiyədə SSRİ-yə bənzər 5 illik planlar, savadsızlığın ləğvi məqsədilə yaradılmış kənd müəllimləri institutu, milli şeflik və sairənin tətbiqinə son verilsin) Türkiyəyə 100 milyon dollarlıq yardım göstərir və Türkiyə 1952-ci ildə NATO-ya daxil olur. İ. Stalin öldükdən sonra 30 may 1953-cü ildə SSRİ Türkiyəyə nota verərək daha ərazi iddiasında olmadığını elan edir (guya, ermənilər və gürcülər 1946-cı ildəki ərazi tələblərini geri götürmüşlər).
Türkiyə ilə SSRİ arasında münasibətlər siyasi boşboğazlığı və avantürist çıxışları ilə məşhur olan N.Xruşşovun iqtidardan düşürülməsindən sonra (14. X. 1964) nəzərəçarpacaq dərəcədə mülayimləşməyə başlamışdı. 1964-cü ilin 6 noyabrında Moskvada Kipr məsələsi ilə bağlı SSRİ-Türkiyə ortaq memorandumu imzalanmış, həmin ilin sonlarında Türkiyə xarici işlər naziri F. Erkin Moskvaya, 1965-ci ilin 17 mayında isə SSRİ xarici işlər naziri A. Qromıko Ankaraya səfər etmişdi (1931-ci ildə M. Litvinovdan - 34 illik fasilədən sonra - Türkiyəyə rəsmi ziyarətə gələn ilk nazir ), 1966-cı ilin 20-27 dekabr tarixləri arasında SSRİ Nazirlər Sovetinin Sədri A. Kosıgin 32 nəfər müxtəlif mühüm vəzifəli şəxslə Türkiyədə rəsmi ziyarətdə olmuşdu.
Cavab olaraq 1967-ci ilin 19-29 sentyabr tarixlərində dönəmin Baş naziri S.Dəmirəl, 12-21 noyabr 1969-cu il tarixində Türkiyə prezidenti C.Sunay SSRİ-ni ziyarət etmişdi. 11-17 aprel 1972-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. Podqornı, 26-29 dekabr 1975-ci ildə A.Kosıgin ikinci dəfə Türkiyəyə rəsmi təşrif gətirmişdi. 21-25 iyun 1978-ci ildə Baş nazir B. Ecevit SSRİ-yə gəlmişdi.
Çar Rusiyası zamanında olduğu kimi Sovetler İttifaqında da Qafqaz xüsusi diqqət mərkəzində tutulmuşdur. SSRİ süqut etsə də Rusiya Federasiyası üçün Qafqaz yenə də öz prioritetini saxlamaqdadır. Rusiyaya qarşı çıxan Gürcüstan Abxaziya və Cənubi Osetiyadan məhrum edilib. Öncə Rusiya və ardından da Suriya, Venesuela, Nikaraqua, Nauru və Vanuatu kimi dövlətlər onların "müstəqilliyini" tanıyıb.
Qarabağı azad etmiş Azərbaycanın qanuni tarixi ərazisinə “sülhməramlı” adı altında gəlmiş Rusiya hərbi birləşmələrinin Xankəndi başda olmaqla Laçın, Kəlbəcər, Qubadlı, Əsgəran, Xocavənd, Xocalı və Ağdərədə nə işlə məşğul olduğunu dəqiq bilməsək də, niyyətlərinin nə olduğunu, bir-iki kitab oxumuş bir adam kimi təxmin etmək bizim üçün o qədər də çətin deyil: erməniləri ciddi şəkildə dəstəkləmək, hərbi infrastrukturlarını müasir silah və avadanlıqlarla təchiz etmək, Qarabağın 1988-ci ildəki etnik balansını ermənilərin xeyrinə dəyişdirmək və sonra “referendum” keçirib “xalqların milli müqəddəratını təyin etmək haqqı var” bəhanəsi ilə orada oyuncaq dövlət qurmaq. Bütün bu ssenarinin apofeoz səhnəsi məhz bunu hədəfləyir.
Əhatəmizdə olan dövlətlərdən yalnız biri - qardaş TÜRKİYƏ bizimlə bir yerdə, çiyin-çiyinədir. Bütün gücümüzlə onunla bir yerdə hərəkət etməli, heç vəchlə ondan ayrılmamalıyıq. Bu yol bizim xilasımızdır. Əraziməzə xüsusi missiya ilə gələnlər asanlıqla oradan getməyəcəklər. Zatən getmək üçün gəlməyiblər ki! Kütləvi informasiya vasitələrində, xüsusən də televiziya kanallarında, şoulardan bir az vaxt tapıb milli özünüdərkə, milli şüura, tariximizə, ciddi şəxsiyyətlərimizə, düşündürücü mövzuların işıqlandırılmasına da yer verilməlidir.
Bütün bazarlarda kartof- soğan satıldığı kimi, hər televiziya proqramlarında da eyni adamlar danışırlar. Dəvət edənlər dəvət edir, bəs özünə rəva bilib o cür proqramlara qatılıb adamların gözlərini döyənək eləyənlər nə düşünürlər? Proqram aparıcıları da dəvət edilənlərə heç danışmaq imkanı vermirlər. Tez-tez “aydındır, aydındır” deyib müsahiblərinin sözünü kəsir (“aydın”dırsa, onda onu niyə ekspert deyib dəvət etmisiniz?) sonra da onun sözlərini vasitəli nitq şəklində debatın digər iştirakçısına söyləyir. Sanki, əvvəlcə danışan adam hansısa əcnəbi bir dildə danışırmış. Bu cür moderatorluq olmaz.
Maariflənmək lazımdır, çünki mütləq həqiqətə aparan yol məhz maariflənməkdən keçir. Təsəvvüfdə yayğın olan bir hədisi xatırlamaq yerinə düşər: من عرف نفسه فقد عرف ربه - Mən ərəfə nəfsihu fəqəd ərəfə rəbbihu- Özünü dərk edən, əslində Rəbbini dərk edər”. Vətəndaşlarımız mütəmadi olaraq maarifləndirilməli, ümummilli məqsədə yönləndirilməli, məktəblərimizdə müntəzəm olaraq hərbi-vətənpərvərlik mövzularında dərslər keçirilməli, dərsliklərdə milli dəyərlərə istiqamətləndirilmiş mövzuların tədrisinə diqqət artırılmalıdır. Cəhalət istənilən toplumu fəlakətə sürükləyir.
Qarabağın dağlıq bölgəsini bürüyən qatı duman onu bir bəyaz qaranlığa qərq etdiyi anda, çən və çiskindən ətrafdakı bütün mənzərələr qorxunc kabusu xatırladan məvhumi kölgənin altında yox olduğu bir məqamda istər-istəməz Tevfik Fikrətin məşhur şeirindəki misralar yada düşür:
Sarmış yine afakını bir dud-ı muannid,
Bir zulmet-i beyza ki pey-a-pey mütezayid.
Tazyikinin altında silinmiş gibi eşbah,
Bir tozlu kesafetten ibaret bütün elvah;
Bir tozlu ve heybetli kesafet ki, nazarlar
Dikkatle nüfuz eyleyemez gavrine, korkar...
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Hörmətli Ramazan müəllim! Əvvəlki yazılarınız kimi bu məqalənizdə tarixi faktlara əsaslanan samballı elmi əsərdir.Qeyd etdiyiniz kimi televiziya ekranlarında "məskunlaşmış"bəzi deputat və alimlərimiz nəin ki,bilgisizlik göstərirlər,həm də milli heysiyyatımıza toxunan tarixi şəxsiyyətlərimizi (Babək,Şah İsmayıl və.s.)ləkələyən fikirlər səsləndirirlər.
Qarabağdan rus ayılarının əllərinin tam kəsiləcəyi gün yaxındadır!
Belə məqalələr çox olmalıdır. Fikir və mülahizələr tarixi fakta əsaslanaraq irəli sürülməlidir və burada maariflənmənin böyük rolu vardır.
Ramazan müəllim! Çox gözəl yazıdır. Sizə dərin təşəkkürlərimizi bildiririk, Çox sağ olun!
Rusların burada bitərəf hərəkət etmələrinə inananlara deyim getsinlər , Akademik Ziya Bünyadovun yazdığı Qırmızı Terror kitabını oxusunlar ...Erməni rusun əlində oyuncaq şir sülhməramlı adı altında girib burada ağıllarına gələni edirlər ..Rusa inam yoxdur ....
bu cür analitik məlumatları qorxmadan,çəkinmədən televiziya və digər digər informasia vasitələrilə geniş şəkildə əhalimizə çatdırılamalı,təhlükənin haradan və necə gəlməsini öyrənməliyik,bu həm də gələcək siyasətçilər üşün bir hazırlıq ola bilərdi,müəllifə öz təş
Çox gözəl məqalədir. Azpolitika.az saytında yazılmış ən gözəl məqalələrdən biridir.
Cox sağ olun .Bir xeyli məlumat aldıq.Cox da faydalı bir məlumat.Bu tarixi məlumatlar televiziya ekranından da cox insana çatdırılmalıdır deyə düşünürəm.Televiziyalarımız da Mir Şahinlərin "filosofyanə" çıxışlarından,səviyyəsisiz şoumenlərdən təmizlənməlidir nəhayət. Mən şəxsən utanıram bizim cox televiziya verlişlərinə baxanda..