Lənkəranda avtomobil 72 yaşlı piyadanı vurdu

Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb. Belə ki, yolda hərəkət edən “VAZ-2107” markalı, 42 BL 428 dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra istiqamətini dəyişərək yol kənarında dayanan piyada, 1949-cu il təvəllüdlü Babayev Qabil Sahib oğlunu vurub.

Yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q. Babayevə kəllə-beyin travması, baş təpə nahiyəsində loskutvari yara diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar