Menu

Azərbaycan klubunun formasının üzərində erməni bayrağı?- “Möhtəşəm” ideya kimindir?

05.11.2013, 11:31
Azərbaycan klubunun formasının üzərində erməni bayrağı?- “Möhtəşəm” ideya kimindir?

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Azəryol” voleybol klubu idman həvəskarlarını təəccübləndirib. Fanat.az xəbər verir ki, təmsilçimiz öz formasında Ermənistan bayrağının rəngləri əks olunması ilə diqqəti edib.

Özü də, zolaqlar bayraqda olduğu ardıcıllıqla düzülüb. Maraqlıdır ki, kimin ağlına belə “möhtəşəm” ideya gəlib ki, Azərbaycan klubuna bu formanı geyindirsin? Əgər bu variant hansısa xarici firma tərəfindən təklif olunubsa, niyə “Azəryol” bunu təsdiqləyib? Bir də, niyə məsələn, Azərbaycan bayrağının rənglərindən deyil, məhz bu rənglərdən istifadə olunmağa qərar verilib?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol