“YEKƏXANALIQ ARTIQ NORMAYA ÇEVRİLİB...” – “AzTV-dəki neoavtoritar idarəçilik heç sovet vaxtında olmayıb”

“Televiziyalarda islahat aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq”.

“AzPolitika.info” xəbər verir ki, belə təkliflə millət vəkili Etibar Əliyev çıxış edib.

Deputatın fikrincə, ölkədə telekanallar “səviyyəsizliyə görə” bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir. “Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn, “Lider”lə Space”- in nə fərqi var? Birləşsələr, nə baş verər? AzTV-dəki neoavtoritar idarəçilik heç sovet vaxtında olmayıb. Televiziyaların ictimai rəyə təsiri sıfıra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə “dişə vurulası” bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil”.

E.Əliyev misal kimi Vaqif Mustafayev nümunəsini göstərir: “Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. “Lider” də belədir. Baxıram ki, “Xəzər” də, Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır”.

“AzPolitika”

635x100

Şərhlər

boris 2021-05-13 20:47:01

Mən Etibar bəyin savadına da, əqidəsinə də bələdəm,onun həmiş

Roma 2021-05-12 13:14:31

Etibar müəllim, şəxsən mən Azərbaycan televiziya kanallarına baxmıram, çünki baxarkən əsəbiləşirəm, əvvəla veriliş aparıcıları dəvət elədiklərinə danışmağa imkan vermirlər, 2-cisi dəvət elədiklərinin səviyyəsi əksər halda verilişin formatına uyğun gəlmir və ya özlərinin səviyyəsi buna imkan vermir, 3-cüsü aparıcılar özlərindən çox razıdırlar ki, bu da verilişi baxımsız edir və tamaşaçıda bir daha o verilişə marağ olmur...

Müəllim 2021-05-12 12:56:44

Azərbaycanda nə qədər səviyyəsiz Zaur kimi maklerlər var efirlərdədir

Ziyalı 2021-05-12 09:59:49

AzTV də Mikayıl Cabbarova verilsəydi...

Adəm 2021-05-12 07:57:38

Əgər Etibar Əliyev AzTv-ni tənqid edisə deməli bu yaxınlarda sədr gedəcək. MM -də akademiyanı tənqid etdi. 2 gūn sonra departament rəisi işdən çıxarıldı. Bu adam boş boşuna danışmır ha.

Azərbaycanlı tamaşaçı 2021-05-12 04:38:42

Tekeviziya verilişlərimiz bərbad vəziyyətdədir. Buna səbəb peşəkar müəllif və aparıcıların olmamasıdır. Milli televiziyamızı tezliklə kamalsız Zaurlardan, özündən razı Xoşqədəmlərdən, danışığını bolməyən Elgizlərdən və özlərini bəyənərək " mənim verilişim" deyən müştəbehlərdən təmizləmək lazımdır.

.EJDER lox 2021-05-12 01:30:18

aye,bilmirsen telekanilasiya kimlerindi,hiyyy.onda qodok ver,belke bir yavawdadilar

Eli 2021-05-11 22:01:17

Ay Etibar müellim calq Sizden hereket gözleyir,axı her şey hörmetli Milli Meclisde oturan millet vekillerinden asılıdır.Qanın qebul etmek de şeğv etmek de Sizin elinizde deyil?Qayda yaradın da gözel insan milletin de bu biabırçıluqdsn canı qırtarsın heç kim Azerbaycan TV -e baxmır hamı Türkiyye kanalarım baxır.Men ancaaresmi xeberşeri izleyirem .Ele toylar ,yas merasimleri de nerbad gündedir.Qayda yaradın axı Siz ne desez rehberlik de millet üçğn her şey edecek.

Son yazılar