BMT sülhməramlıları Donbasa yeridiləcəkmi? – BMT Baş katibi cavab verir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş hesab edir ki, yaxın gələcəkdə BMT sülhməramlılarının Donbasa yeridilməsi məsələsi üzrə konsensus əldə etmək mümkün olmayacaq.

Onun sözlərinə görə, bu məsələyə yönəlik tərəflərin fərqli mövqelərə malik olması səbəbilə, hansısa konsalidasiya yanaşması gözləməyə dəyməz.

«Ukraynada sülhməramlı qüvvələrin oynaya biləcəyi rola və mandata yönəlik mövqe çox fərqlənir. Ona görə də mən deyərdim ki, yaxın gələcəkdə bu məsələ üzrə konsensus əldə etmək mümkün olmayacaq» - «RİA Novosti» Quterreşdən sitat gətirir.

Xatırladırıq ki, BMT sülhməramlılarının Donbasa yeridilməsi ideyası ilə ilk dəfə Kiyev çıxış edib. Rusiya prezidenti Vladimir Putin bu ideyanı dəstəkləyib və bu zaman qeyd edib ki, söhbət yalnız «ATƏT əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasından» gedə bilər.

Beləliklə, Moskva sülhməramlıların funksiyasını adi formatda görür - kontinent münaqişə tərəflərinin təmas xətti boyunca yerləşdirilə bilər.

Ukrayna tərəfi isə hesab edir ki, BMT sülhməramlı missiyası daha geniş mandata malik olmalı və “LDXR”-nın bütün ərazisi ilə Rusiya sərhədi boyunca yerləşməlidir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar