“Qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur. Deputatların öz işlərini həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri var. Yəni deputatların ən əsas işi seçicilərin problemlərinin həllidir. Eyni zamanda, onların vəziyyətlərinin yaxşılaşdırılmasıdır”.
Bunu Modern.az-a deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputatların maaş məsələsindən danışan millət vəkili bildirib ki, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına malikdirlər: “Hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər körpü rolunu da oynayır.
Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır”.

A.Mollazadənin bu fikirlərinə deputat həmkarı Etibar Əliyev münasibət bildirib. E.Əliyev “Feysbuk”da bununla bağlı yazıb: “Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır.
Məndən bu barədə münasibət bildirməyi xahiş etdilər. Münasibətim belədir: Asim bəy deputatların sayı ilə müəllim və həkimlərin sayının fərqini bilirsə, onda başa düşmək olmur ki, bu ifadəni nə üçün işlədib.
İkincisi, belə bir fikri işlətmək yalnız kənardan babat gəliri olan şəxsin könlündən keçə bilər. Onda maaş məsələsi heç gözə gəlmir. Buna baxmayaraq Mollazadənin yenə də belə ifadələr işlətməyə haqqı yoxdur.
Üçüncüsü, təklif edirəm ki, Asim Mollazadə daha böyük vətənpərvərlik nümayiş etdirib, partiyasına ayrılan vəsaiti internat tipli məktəblərə bağışlasın. O ki qaldı müəllimlərin və həkimlərin əməkhaqqına, bu məsələ həmişə dövlətin diqqət mərkəzində olub və olacaqdır”.
“AzPolitika”

Şərhlər
Siyavuşun internetdəki prikollarına və Mirələmovun videolarına baxıb parlamentimizə qiymət verək ki kimlər?..........................
Deputatın məntiqi ilə desək- biz azıq, ona görə bizim maaşımızın yuksəlməsi prosesi büdjəyə təsir etmir, amma siz 5 milyonsuz və buna görə maaşlarınızda cüzi bir artım büdjədən millard pul vəsaiti tələb edir. Bunu getmək olmaz.
Deputatlarımızın səviyyə
Bu 125 dibdat bəylər Rusiya Dumasının hazırladıqları qanunların çevirməsinə əl sallamaqdan başqa görəsən hansı faydalı işlərlə məşğul olurlar. Təyin olunmuşlardan bundan artığını gözləməyə də dəyməz. 800 manat əmək haqqı alan elmlər doktoru ilə yan-yana qoyulduqda azman işlərin müəllifləri dibdat bəylərin əmək haqlarını aylıq 10000 ABŞ dollarına yüksəltməmək həqiqətən böyük haqsızlıqdır.
Deputat Asim Mollazadənin fikirləri təqdirə layiqdir, ancaq deputat Ehtibar Əliyev öz həmkarının fikirlərinə kölcə salmağa çalışır...
Biz hamişə eşitmişik ki, işin keyfiyyətinə qiymət verilir, burda isə hörmətli alim E.Əliyev keçdi kamiyyət məsəlləsinə. Maaşdan danışarkən söhbət işçilərin arsında kəskin ən azı 10 dəfə fərqindən