Menu

Azərbaycan Gürcüstandan şərab idxalını kəskin artırıb

14.05.2021, 10:46
Azərbaycan Gürcüstandan şərab idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan 55 ölkəyə 28,3 milyon şüşə şərab ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Şərab Agentliyindən bildirilib.

İllik müqayisədə ixracın həcmi 15 % artıb. İxracdan əldə olunan gəlir isə ötən ilin eyni dövrünə nisbətdə 7 % artaraq 65 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 112 025 şüşə şərab idxal edib. Bu, illik müqayisədə 113 % çoxdur.

İlk 4 ayda gürcü şərabının əsas idxalçıları Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol