Menu

"Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz" - Ter-Petrosyan

16.05.2021, 16:31
"Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz" - Ter-Petrosyan

Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu təşkilatın lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan konqresin qurultayında bildirib.

O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək. Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istisna edib. 

Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”.

Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə, mühacirətin tempi sürətlənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol