Menu

NATO-nun Estoniyada hərbi təlimi başlayıb

17.05.2021, 12:38
NATO-nun Estoniyada hərbi təlimi başlayıb

Estoniyada NATO-nun “Yaz qasırğası” adlı hərbi təlim başlayıb.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, hərbi təlimlər mayın 17-dən iyunun 5-dək davam edəcək.

Təlimə ABŞ, Estoniya, Latviya, Polşa, İtaliya, Fransa, Danimarka, Böyük Britaniyadan olan 7 000-ə yaxın hərbçi və bir neçə yüz hərbi texnika cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol