Menu

Azərbaycanda 8 500-ə yaxın müəllim iş yerini dəyişmək istəyir

17.05.2021, 13:03
Azərbaycanda 8 500-ə yaxın müəllim iş yerini dəyişmək istəyir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

"Report" xəbər verir ki, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib.

Onlardan 8 441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib. Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol