Misirin prezidenti Əbdül Fəttah əs-Sisi bölgədə döyüş əməliyyatları dayanandan sonra, Qəzza sektorunun bərpasına 500 milyon dollar ayırmağı vəd edib.
Bu barədə mayın 18-də «Frans-Press» agentliyi xəbər verib.
«Bugünlərdə baş verən hadisələrin nəticəsində zərər çəkmiş Qəza sektorunun bərpası prosesinə Qahirə 500 milyon dollar ayıracaq. Bununla bərabər, bundan sonra Misirin inşaat şirkətləri bərpa işlərini həyata keçirəcəklər» - Misir respublikası prezidentinin dəftərxanasının bəyanatında deyilir.
Son günlər Qahirə İsraillə Qəzza sektorundakı Fələstin qrupları arasında vasitəçilik edir və bölgədə barışa nail olunmasına çalışır.
Hazırda Misir lideri Parisdə fransalı həmkarı Emmanuel Makronla və İordaniya kralı İkinci Abdulla ilə atəşin tezliklə dayandırılmasına yönəldilmiş danışıqlar aparır.
Əbdül Fəttah əs-Sisi bundan əvvəl bəyan edib ki, zorakılıq mümkün qədər tez bir zamanda dayandırılmalı və fələstinlilərin hüquqlarına zəmanət verilməsini və Fələstin dövlətinin yaradılmasını təmin edəcək həll variantı tapılmalıdır.
AzPolitika.info


Şərhlər