Menu

Azərbaycanda bu da oldu: acığa düşüb istefa verdi

20.10.2014, 12:32
Azərbaycanda bu da oldu: acığa düşüb istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrin müşaviri Şakir Abbasovun istefasına münasibət bildirib.

Partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov APA-ya açıqlamasında deyib ki, Ş. Abbasov Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə keçirilən seçkilərdə uduzduğu üçün acıq edərək istefa verib:

“Rayon şöbələrində qurultaya hazırlıq üzrə konfranslar keçirilir. Mənə elə gəlir ki, o, səsvermədə uduzduğu üçün istefa verib”.

Qeyd edək ki, Ş. Abbasov partiyadan narazı olduğu üçün istefa verdiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol