Menu

"ABŞ bu iki ölkəyə dəstəyini artırmalıdır” - “Gürcüstan və Azərbaycan NATO və Yaxın Şərqə kömək edə bilər”

19.05.2021, 18:45
"ABŞ bu iki ölkəyə dəstəyini artırmalıdır” - “Gürcüstan və Azərbaycan NATO və Yaxın Şərqə kömək edə bilər”

“ABŞ-ın da dəstəyi ilə Türkiyə, İsrail, Gürcüstan və Azərbaycan birlikdə regional təhlükəsizliyi artıracaq. Bu dövlətlər Rusiya və İranın təsirlərinə qarşı çıxmaqla və ABŞ-ın dünyanın əhəmiyyətli və qeyri-sabit bölgəsinə güc proyeksiyasını gücləndirməsinə yardım etmiş olacaqlar.”

“AzPolitika.info” xəbər verir ki, bunu “The National İnterest” jurnalı “Gürcüstan və Azərbaycan NATO və Yaxın Şərqə necə kömək edə bilər” başlıqlı məqaləsində vurğulayıb. 

Məqalədə ABŞ-ın İran və Rusiyaya qarşı hər an “masaları çevirə biləcəyindən” Türkiyə ilə münasibətləri düzəltməyin, İsraillə ittifaqı gücləndirməyin və Azərbaycan, Gürcüstan kimi yeni müttəfiqlər əldə etməyin əhəmiyyətindən danışılıb.

Türkiyənin uzun müddət NATO üzvü olduğu və bir növ “Orta Şərqin NATO-su” kimi təsvir edildiyi qeyd edilən məqalədə ABŞ-ın Türkiyə ilə yanaşı, Qərb tərəfdarı olan Gürcüstan və Azərbaycana da NATO-dan kənar müttəfiq statusunu verməklə Cənubi Qafqazla münasibətlərini yüksəltməli olduğu vurğulanıb: “1991-ci ildən bu yana Gürcüstan və Azərbaycan qərbyönümlü xarici siyasət yürüdür və Kremlin Avrasiyadakı inteqrasiya layihələrinə qoşulmaqdan imtina edir. Gürcüstan NATO-ya üzv olmaq niyyətini heç vaxt gizlətməyib və bu məqsədlə hərbi islahatlar həyata keçirib. Enerjidaşıyıcılarına malik dövləti olaraq, Azərbaycan son on ildə güclü silahlı qüvvələrin qurulmasına 24 milyard dollar xərclədi ki, bu da Ermənistanın xərclədiyindən altı dəfə çoxdur.

Azərbaycan İsrail və Türkiyədən hərbi texnika idxal edən ilk ölkələrdəndir. Azərbaycan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı(KTMT) müttəfiqləri olan Rusiya və Belarusdan ironik də olsa, əlavə hərbi texnika idxal edib. Ukrayna da Azərbaycana az miqdarda hərbi texnika tədarük edir. Rusiya və Belarusun onu “arxadan vurmasını” görməzdən gələn Ermənistan diplomatları isə zəhərlərini İsrail və əlbəttə ki, Türkiyəyə yönəldiblər.”

Yazıda İsrail dövlətinin ən az Türkiyə qədər Azərbaycan üçün əhəmiyyətli və uzun müddətli müttəfiqi olduğu vurğulanıb: “Son onillikdə Azərbaycan hərbi texnikasının üçdə iki hissəsi məhz İsraildən idxal edildi. İsrail silahları, xüsusən də pilotsuz aparatlar və hava hücumundan müdafiə sistemləri Azərbaycanın qırx dörd günlük İkinci Qarabağ Müharibəsindəki hərbi qələbəsinə əhəmiyyətli dərəcədə kömək etdi. Azərbaycan nəinki iyirmi birinci əsrin ordusunu qurdu, eyni zamanda Türkiyə tərəfindən NATO standartlarına uyğun təlimlər gördü. Qırx dörd günlük müharibədən bir il əvvəl, təkcə 2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında 13 birgə hərbi təlimlər keçirildi. NATO təlimi və uğurlu hərbi təcrübə Azərbaycanın silahlı qüvvələrini NATO səviyyəli standartlara sahib bir orduya çevirdi.“

Azərbaycanın 1999-cu ildən bəri Kosovo və Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirak etməsini xatırladan jurnal, bununla da, Azərbaycan və Gürcüstanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxillik tarixə dayanmasını diqqətə çatdırıb: ““Azərbaycan regional enerji şəbəkələrində böyük rol oynayır. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan qazını Türkiyə və Gürcüstana çatdırır. Bu arada İsrailin neftlə təminatının da 40 faizini Azərbaycan yerinə yetirir. Azərbaycanın İsraillə yaxın təhlükəsizlik əlaqələri ABŞ-ın İslam dövlətləri ilə İsrail arasında yaxınlaşmanı təşviq edən çoxillik siyasətinin bir hissəsidir. Trampın prezidentliyi dövründə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş İsraillə diplomatik əlaqələr qurmağı qəbul etdilər. Çox güman ki, digər ölkələr də bu yolla gedəcək”.

Məqalədə ABŞ və NATO-nun gücünü Orta Şərqdə daha çox göstərə bilməsi üçün Türkiyə və İsrailin münasibətlərinin düzəltməsinin lazım olduğu və burada Azərbaycanın vacib rolu vurğulanıb: “Bakı enerji, hərbi və regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Türkiyə və İsrail sammitinə ev sahibliyi etməyi təklif etdi. Göründüyü kimi, hər iki ölkə ilə əla əlaqələri olan və İkinci Qarabağ müharibəsində qalib gəlmək üçün hər iki ölkənin hərbi texnologiyasından istifadə edən Azərbaycan Türkiyə ilə İsrail arasında vasitəçi kimi çıxış edir. ABŞ bu yaxınlarda İsraillə diplomatik əlaqələr quran Mərakeş və Bəhreynə NATO-ya üzv olmayan müttəfiq statusu verdi. ABŞ Azərbaycan və Gürcüstanın regional təhlükəsizliyinin artırılmasına potensial töhfəsini artırmalıdır. Bu, onlarla daha çox təhlükəsiz əməkdaşlığa və hərbi yardımın artırılmasına imkan verəcək. İsrail, Misir, İordaniya, Tunis və Küveyt onsuz da bu statusa sahibdir. Bayden administrasiyası bölgədəki müttəfiqlərini dəstəkləmək və bununla da İranın və Rusiyanın bölgədəki təsirlərinə qarşı güclü Qərbpərəst dövlətlər şəbəkəsi yaratmaq üçün bu fürsəti əldən verməməlidir.”

“AzPolitika.info”

Şərhlər

Xalq 2021-05-19 21:30:47

məqalədəki planlar gözəl planlardır, lakin bu planları həyata keçirmək məncə mümkünsüzdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol