“Biz gündəlik yoluxmanın statistikasından asılı addımlar atırıq. Mərhələli şəkildə yaxşılaşmaya doğru gedirik. Xəstə sayı azaldığı üçün bizim bəzi pandemiya xəstəxanalarımız bağlanır”. Oxu.Az-ın məlumatına görə, bu sözləri TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, xalqı narahat edən bütün problemlər üzərində iş gedir: “Hər bir yumşalma və sərtləşmə epidemioloji vəziyyətdən asılıdır. İnsanları düşündürən bəzi məsələlər istiqamətində artıq müzakirələr gedir. Lakin hər kəs başa düşməlidir ki, vaksinasiya prosesi vacib məsələdir”.


Şərhlər