Menu

Peyvənd olunanların sayı açıqlandı

20.05.2021, 17:12
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 28 411 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 332 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210 təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol