Menu

Komissiya: Maradona öldürülüb

20.05.2021, 22:08
Komissiya: Maradona öldürülüb

Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.

APA “AFP”yə istinadla xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır.

Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdıırılıb.

Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.

Xatırladaq ki, Dieqo Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişmişdi. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol