Mayın 19-da İsrail bəyan edib ki, Qəzza sektorunda Fələstin qruplaşmaları ilə döyüş əməliyyatlaını dayandırıb.
Baş nazir Biryamin Netenyahu bundan əvvəl xarici səfirlər üçün keçirilən brifinqdəki çıxışının açq hissəsində döyüş əməliyyatlarının dayandırıldığını bəyan etməyib. Hətta bildirib ki, HƏMAS hərəkatı ilə münaişəni davam etdirəcək.
Ancaq Britaniya informasiya agentliyinə Misir təhlükəsizlik xidmətindəki mənbələrdən məlum olub ki, hər iki tərəf - İsrail və HƏMAS vasitəçilərin səylərindən sonra, «prinsipcə atəşkəsə razılıq veriblər. Amma barışığın detalları yüksək məxfilik rejimində müzakirə olunur.
“AzPolitika.info”


Şərhlər