Menu

“Rusiya-Çin münasibətləri ən yüksək səviyyəyə çatıb” – Putin

21.05.2021, 16:50
“Rusiya-Çin münasibətləri ən yüksək səviyyəyə çatıb” – Putin

Moskva və Pekin iki dövlətin bütün tarix boyunca öz münasibətlərinin ən yüksək səviyyəsinə çatıblar.

Bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Rusiya Federasiyasının prezidenti xatırladıb ki, lap tezliklə hər iki ölkə «ikitərəfli açar sənədin - Mehriban qonşuluq, dostluq və əməkdaşlıq Müqaviləsinin 20 illiyini qeyd edəcəklər».

«Müqavilənin imzalanmasından ötən dövr ərzində Rusiya və Çin çoxplanlı kooperasiya və istisnasız olaraq, bütün sahələr üzrə - siyasətdə, beynəlxalq məsələlərdə, ticarət və iqtisadiyyatda, mədəni-humanitar əlaqələr sahələrində qarşılıqlı inamın möhkəmlənməsində əhəmiyyətli uğurlar əldə ediblər. Deyə bilərik ki, hazırda Rusiya-Çin münasibətləri tarixdə ən yüksək səviyyəyə çatıb» - Si Tsizinpinlə birgə Tyanvan atom elektrik stansiyasının (AES) və «Syuydanu» AES-nın (Çin ərazisi) yeni enerji bloklarının tikinisinin başlanmasında iştirak zamanı Vladimir Putin qeyd edib.

Xəbər verildiyi kimi, təntənəli tədbir videokonfrans formatında keçib.

AzPolitika.info

Şərhlər

Xalq 2021-05-21 20:06:14

ruslar yatıblar, çin rusiyanın şimal hissəsini məskunlaşdırandan sonra ayılacaqlar. Bizdən torpaq istəyirlər, amma çinlilər bunların torpaqlarını məskunlaşdırırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol