Menu

Şuşada abidələrin görkəminin dəyişdirilməsi və uçurulması qadağan edilir

21.05.2021, 17:42
Şuşada abidələrin görkəminin dəyişdirilməsi və uçurulması qadağan edilir

Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağan edilir.

"Report" xəbər verir ki, bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol