Azərbaycanda bu gün koronavirus infeksiyasına 219yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 886 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 211, bu günə qədər isə ümumilikdə 3 453 244 test icra olunub.