Menu

ABŞ dövlət katibi Qüdsə gedir

24.05.2021, 15:37
ABŞ dövlət katibi Qüdsə gedir

ABŞ dövlət katibi Entoni Blinken Qüdsə gedir.

APA-nın xəbərinə görə, bu barədə dövlət katibi "Twitter"də bildirib.

"Prezident Baydenin göstərişi əsasında tərəflərlə görüşmək, atəşkəsi möhkəmləndirmək səylərini dəstəkləmək üçün Qüds, Ramallah, Qahirə və Ammana gedirəm", - dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, ABŞ döyüş əməliyyatlarına son qoymaq və gərginliyi azaltmaq üçün intensiv diplomatik addımlar atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol