Menu

"Ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb" - Maliyyə naziri

24.05.2021, 19:46
"Ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb" - Maliyyə naziri

"Ötən il də pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini davam etdirib, nəticədə iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub".

"Report"un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neftin qiymətlərinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib.

Nazir qeyd edib ki, operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinlə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol