Ermənistan ordusunun əsgəri asılmış vəziyyətdə aşkarlanıb.
Bu barədə “Report” Ermənistan mediasına istinadla xəbər verir.
Məlumata görə, əsgərin meyiti xidmət etdiyi hərbi hissədə aşkarlanıb. Onun intihar etdiyi bildirilir. Qeyd edilir ki, əsgər bu ilin əvvəllərində hərbi xidmətə çağırılıb.
Faktla bağlı araşdırımalara başlanılıb. Təhqiqatçılar hadisənin başvermə səbəbini araşdırırlar.


Şərhlər