Menu

Hindistanda "qara göbələyə" yoluxanların gözlərini çıxarırlar

25.05.2021, 00:02
Hindistanda "qara göbələyə" yoluxanların gözlərini çıxarırlar

Hindistanda «qara göbələklə» xəstələnmiş pasiyentlər bir və ya iki gözdən məhrum olublar.

«The Daily Star» nəşrinin məlumatına görə, həkimlər belə proseduru mukormikoza bütün yoluxmuşların 60 faizi üzərində aparıblar.

Tibb işçiləri izah ediblər ki, ilkin mərhələdə xəstəlik «burun axma», gözlərin şişməsi və ya baş ağrısı formasında özünü göstərir və bir çox yoluxmuşlar həkimə müraciət etməyə tələsmir. Ancaq kəskinləşmə zamanı infeksiyanın beyinə düşməsi riski yaranır və o zaman yeganə müalicə variantı - gözlərin bütün toxumalarla, sinirlərlə və kipriklərlə birlikdə çıxarılması üzrə əməliyyat olur.

Bundan əvvəl Nyu-Dehlidə mukormikozlu xəstələrin sayı kəskin artıb. İnfeksiyanın ilk partlayışı koronavirus fonunda mayın 9-da müəyyən olunub. İndiki ana artıq 8,8 min yoluxmuş müəyyən edilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol