Menu

"İŞÇİLƏRİNİN SERTİFİKATI OLMAYAN OBYEKTLƏR BAĞLANACAQ" - Prezidentin köməkçisi

25.05.2021, 13:09
"İŞÇİLƏRİNİN SERTİFİKATI OLMAYAN OBYEKTLƏR BAĞLANACAQ" - Prezidentin köməkçisi

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və həmin tarixdən adıçəkilən obyektlərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obeyktlərə xəbərdarlıq ediləcək və hətta bağlana bilər: “Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim”.

Şərhlər

Niyaməddin 2021-05-26 06:50:16

Bu nə deməkdir? Bu ikili standartdır. Bəs deyirdiniz ki, vaksin könüllü və pulsuz olmalıdır. Nə oldu???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol