Məlumat verdiyimiz kimi, Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlayıb.
Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin prezidenti, qurumun idarəetmə şurasının sədri Novruzəli Aslanov "Report”a açıqlama verib.
O bildirib ki, məsələ araşdırılacaq: “Bizdə hələ ki, dəqiq bir məlumat yoxdur. Milli Məclisdən gəlmişəm, xəbərim yoxdur. Araşdıraq, baxaq nə məsələdir. İstintaqa cəlb olunan şəxs Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin sədri olub”.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlanıb.
"Report"un əldə etdiyi məlumata görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən ""Report"un sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.


Şərhlər
korrupsiys,oqurluq bu rewimin mahiyyeti budur
VƏTƏN MÜHARİBƏSİndə ön cəbhədə olmaları vəzifə-vicdan borclarıykən, bunların heç səsin də eşitmədik?!!
yaxwi yeyinti var Qizil Ayparada...